Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2018


Vaqif Əsədov: 30 yol qəzası baş verib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocasən yolunda 30 yük avtomobili batıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi məlumata görə, Bakı Şəhər İcra hakimiyyətinin Qış qarajının və yol polisinin birgə tədbirləri nəticəsində paytaxt ərazisi, xüsusilə paytaxtın mərkəzi qardan tam təmizlənir.

V.Əsədov həmçinin bildirib ki, paytaxtın Yasamal rayonu, Günəşli qəsəbəsi və Xocasən-Sumqayıt istiqamətində nəqliyyatın hərəkətində problem yaranıb. Xüsusilə Xocasən-Sumqayıt istiqamətində 30 yük avtomobili yolda qalıb. Baş verən hadisə ilə əlaqədar qeyd edilən istiqamətdə tıxac yaranıb. Hazırda Bakı Şəhər İcra hakimiyyəti, Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin əməkdaşları hadisə yerində müvafiq tədbirlər görür.

Şöbə rəisi həmçinin bu saata qədər paytaxt ərazisində 30 yol qəzasının baş verdiyini bildirib. Bu qəzalarda 4 sürücü hadisə yerindən yayınıb. Ümumilikdə baş verən qəzalarda xəsarət alan olmasa da, 3 piyada sürüşərək xəsarət alıb.

V.Əsədov sürücülərə müraciətində idarə etdikləri nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamağı və mövsümi təkərlərdən istifadə etməyi, nəqliyyat vasitələrini sürət qutusunun birinci ötürücüsü ilə idarə etməyi, ümumiyyətlə, avtomobil sahiblərinə ictimai nəqliyyat vasitələri ilə hərəkət etməyi tövsiyə edib.

Tarix
2014.01.31 / 13:09
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

"Palmali"nin 14 gəmisi hazırda SOCAR-dadır - Rəsmi

Afrin əməliyyatı: ABŞ və türk əsgəri arasında toqquşma...

Qarabağda müharibə vəziyyəti dəyişə bilər - Politoloq

Erməni iş adamlarının adı siyahıda - Sanksiya

Ərdoğanın Vatikan səfəri böyük zərbə olacaq - Politoloq

Bu mallar üçün icazənin verilməsi qaydaları dəyişdi

Fazil Mustafadan "Kəramət qalmaqalına" münasibət

"Yerusəlim Post" AXC-dən yazdı

Borisov paylaşdı: İlham Əliyev sükan arxasında - Foto

Məmmədyarov-Nalbəndyan görüşü: İrəvan inamlı təkliflə gəlir

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla