Yuxarı

Müğənnilərdən vergi büdcəyə nə verəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənnilərin toya müqavilə sistemi əsasında cəlb edilməsinin tətbiqi şou əhlinin vergidən yayınma hallarının qarşısını alacaq.

Bu sözləri Axar.az-a iqtisadçı alim Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, konkret rəqəmlər və hesablamaların aparılması yalnız vergilərlə bağlı monitorinqlərdən sonra bəlli olacaq.

"Yayınmalar birmənalı şəkildə dövlət büdcəsinin gəlirlərinə mənfi təsir göstərir. Ona görə də güman olunur ki, sözügedən kateqoriya insanların vergiyə cəlb edilməsi dövlət büdcəsinə daxil olmaların artmasına imkan verəcək.

Sözsüz ki, dünyanın heç bir yerində büdcə şou əhlinin hesabına formalaşmır. Ancaq nəzərə alaq ki, vergi öhdəliyi, hətta kiçik məbləğdə belə vergilərin ödənilməsi qanunla vacibdir. Bu ödənişlərin həyata keçirilməsi birmənalı şəkildə büdcənin gəlirlərini formalaşdırır",- deyə V.Bayramov qeyd edib.

İqtisadçı bildirib ki, şou əhli ödədiyi verginin məbləğini açıqlamır deyə, konkret rəqəmlər söyləmək çətindir:

"Xarici ölkələrdə fərdi olaraq tanınmış şəxslər və şou əhlinin ödədiyi vergilərin həcmi yüksəkdir. Təbii ki, tam rəqəmlə ifadə olunmasa da, il ərzində milyonlarla məbləğdən söhbət gedir. Bu zaman büdcəyə milyonlarla dollar daxil olur".

V.Bayramov təklif edir ki, müğənnilər tərəfindən ödəniləcək vergilər bank üzərindən aparılsın:

"Yəni müğənnilərin ödənişi nağd şəkildə alması qadağan edilsin. Belə olan halda vergidən yayınmanın qarşısını almaq mümkün olacaq.

Əks təqdirdə qanunvericiliyə dəyişiklik edilərsə, nağd şəkildə ödəniş aparılarsa, o zaman yalnız həmin ödənişi alan şəxslə bağlı deyil, ödənişi edən şəxslə, həmçinin, müğənni və restoran sahibi ilə bağlı da Cinayət Məcəlləsində konkret maddə nəzərdə tutulsun. Bu baxımdan yalnız qeyri-nağd ödənişin həyata keçirilməsinin tərəfdarıyıq".

Ekspert ikinci çıxış yolu kimi müğənni ilə toy sahibi arasında müqavilənin zəruriliyini irəli sürüb: "Müqavilədəki məbləğə əsasən bank ödənişi həyata keçirilməlidir. Bu o deməkdir ki, müqavilədə olan rəqəmlə banka ödəniş eyni olmalıdır.

Müqavilənin bir surəti isə şadlıq sarayının sahibində olmalıdır ki, gələcəkdə vergi yoxlanışı olduqda gəlirləri müəyyənləşdirmək asan olsun. Nəticədə monitorinqlər zamanı müqaviləsi olmayan müğənnilərin toyda oxumasının qadağan edilməsi mümkün olacaq".

Xatırladaq ki, vergi tətbiqi gündəmə gələndən sonra tanınmış müğənnilərin toy qiymətlərini aşağı saldığı barədə açıqlamaları birmənalı qarşılanmır. Bir çox ekspert müğənnilərin bu yolla indidən vergidən yayınmaq istədiklərini ehtimal edirlər. İddialara görə, tanınmış müğənnilərlə toy sahibi və ya şadlıq evi arasında bağlanan müqavilədə göstərilən məbləğin reallığı əks etdirməsi də şübhəlidir. Ona görə də bu müqaviləyə ciddi nəzarət mexanizminin işlənib hazırlanması təklif edilir.

Tarix
2016.01.03 / 12:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla