Yuxarı

SOCAR neftlə bağlı statistikanı açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR 2015-ci ildə ixrac etdiyi neft məhsullarının statistikasını paylaşıb.

Axar.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin dekabr ayında 91 min 315 ton dizel yanacağı, 8 min 52 ton təyyarə yanacağı, 8 min 598 ton yüksək təzyiqli polietilen, 1 min 294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 339 ton maye piroliz qətranı, 1 min 981 ton propilen və 2 min 400 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, 2015-ci ilin yanvar-dekabr ayları ərzində 965 min 788 ton dizel yanacağı, 236 min 532 ton təyyarə yanacağı, 280 ton soba mazutu, 8 min 598 yon yüksək təzyiqli polietilen, 1 min 294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 339 ton maye piroliz qətranı, 1 min 981 ton propilen və 2 min 400 ton butilen butadien fraksiyası ixrac edilib.

2015-ci ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 437,45 dollar, təyyarə yanacağının - 362,95 dollar, dizel yanacağının - 328,74 dollar, 1% kükürdlü mazutun qiyməti 164,85 dollar təşkil edib.

Tarix
2016.01.05 / 19:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla