Yuxarı

Qərbin tələsi: Səudiyyə niyə İrana qarşı qoyuldu?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, Qərbin dünyaya ağalığının nəticəsidir.

Bu sözləri Axar.az-a açıqlamasnda politoloq Zərdüşt Əlizadə deyib. Səudiyyə Ərəbistanı-İran qarşıdurması fonunda Yaxın Şərq düyününü açan ekspertin qənaətinə görə, dünyanın aparıcı qüvvələri geridə qalmış xalqları bu və ya digər şəkildə demokratikləşməyə məcbur edirlər:

"Liviya, Yəmən, İraq kimi dövlətlər buna hazır olmadıqlarındandağıldılar. Nəticədə isə qarşıdurmalar artdı, hakimiyyət və torpaq uğrunda müharibələr başladı".

Politoloqun sözlərinə görə, Səudiyyə ilə İran arasındakı qarşıdurma ötəri taktiki uduşlar naminə hesablanmış oyunlardır:

"Rusiya Qərbə özünü təsdiqlətmək üçün Suriyaya girdi. Qərb isə İŞİD-ə qarşı mübarizədə Rusiyanı özünə müttəfiq görmədi. Buna görə də Türkiyəyə işarə verildi. Məhz bundan sonra təyyarə olayı ortaya çıxdı, iki ölkə arasında münasibətlər gərginləşdi. Nəticədə Rusiyanın Qərbə müttəfiq olmaq planı iflasa uğradı".

Politoloq Rusiyadan sonra ikinci oyunun məhz Ər-Riyad-İran münaqişəsi üzərində qurulduğunu deyib:

"Sanksiyalar aradan götürüldükdən sonra İran Qərblə əməkdaşlığı gücləndirmək istəyir. Buna yol verməmək üçün isə Səudiyyəyə yol açdılar. Nəticədə Səudiyyə şiə alimini edam etdi və İranı özünə qarşı qaldırdı, eyni zamanda, bir çox müsəlman ölkələri ilə münasibətləri korlandı. Bu, Qərbin planlı şəkildə taktiki bir oyunudur. Bu elə bir oyundur ki, hətta əhalisi Amerikadan da artıq, iqtisadiyyatı inkişaf etmiş güclü Avropa da Amerikanın sözü ilə durub-oturmağa məcburdur".

Tarix
2016.01.07 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla