Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Noyabr 2017


Səudiyyə niyə Türkiyəni seçdi? – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərq və Ərəbistan yarımadası bölgəsində müsəlman dünyasının nüfuz savaşının qızışdığı bir vaxtda İran-Səudiyyə qarşıdurması hərbi fazaya keçə bilər. Səudiyyə də Türkiyəni məhz buna görə seçib.

Bu sözləri Axar.az-a açıqlamasında "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Səudiyyənin Türkiyədən 10 milyard dollar həcmində zirehli hərbi texnika alması barədə razılığı şərh edən politoloq hazırkı regional siyasi mənzərənin hər iki dövlətibu müttəfiqliyəməcbur etdiyini deyib:

"Səudiyyə-İran qarşıdurması fonunda illərdir məzhəbçilik yönündədavam edən münaqişədövlətlərarası münasibətlərə kifayət qədər ciddi təsir edir. İqtisadi, xüsusilə də neft ixracı sahəsində rəqabət güclənir. Yaxın Şərq və Ərəbistan yarımadası bölgəsində müsəlman dünyasının nüfuz savaşının qızışdığı bir vaxtda İran-Səudiyyə qarşıdurması hərbi fazaya keçə bilər. Bu, istisna deyil. Ər-Riyadın Türkiyədən 10 milyard dollar məbləğində silah almasıməhz buna görədir. Türkiyədə də dini yönlü hakimiyyət mövcuddur və AKP hökumətisünni çoxluğa simpatiyasını açıq şəkildə göstərir. Hazırkı reallıq hər iki dövləti müttəfiq olmağa məcbur edir. İran hərbi sənayesini inkişaf etdirən, əhali sayına görə Səudiyyədən üç dəfə böyük və güclü dövlətdir. Bu baxımdan İranın mümkün hərbi təzyiqi qarşısında Səudiyyəyə çox etibarlı bir tərəfdaş lazımdır. Bu, müttəfiq isə Türkiyədir".

Ə.Oruclunun sözlərinə görə, Səudiyyə Qərbin hansı mövqe tutacağından tam əmin deyil:

"Səudiyyə Qərbə etimad göstərmir. Çünki İranın nüvə proqramı ilə bağlı yekun sənədə ən ciddi etiraz edən dövlətdir. Ər-Riyad daim sanksiyalar altından çıxacaq İranıniqtisadi və hərbi cəhətdən güclənməsini özünə təhdid hesab edir. Buna görə də Qərbə də güvənmir. Səudiyyə hazırda Türkiyə ilə müttəfiqliyin davamında olduqca maraqlıdır".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Türkiyədən 10 milyard dollar həcmində zirehli hərbi texnika alacağına dair razılıq əldə edib.

Tarix
2016.01.08 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
loading...
Digər xəbərlər

"Reket"lərlə mübarizə: Media kapitanları danışdı - Video

İlham Əliyev sərəncam imzaladı

Lavrov Bakıda kimlərlə görüşəcək - XİN

Qarabağ həlli mümkün olmayan problemdir? – Malaşenko

Putinin əsas planı: Türkiyə ilə yaxınlıq səbəbi...

Lavrovun Bakı səfəri: bu, müharibədən yaxşıdır – Deputat

Putinlə Qarabağı müzakirə etdik, 5 rayon… - Ərdoğan

Moskva və Ankaranın “Qarabağ testi” - Şərh

Ərdoğan-Putin görüşü: Bu şəhər azad olunur

Bu gün Milli Dirçəliş günüdür

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla