Yuxarı

Əbədi minnətdarlıq - Rəsulzadə-130

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 31-də Azərbaycan milli dövlətinin banisi və ideoloqu, xalqımızın şəriksiz lideri, böyük siyasi öndər, həyatı Vətənin istiqlaliyyəti uğrunda mücadilələrdə keçmiş Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) doğumunun 130 ili tamam olur.

M.Ə.Rəsulzadə Azərbaycan Хalq Cümhuriyyətinin (1918-1920) qurulmasında müstəsna rоl оynayıb və Milli Şuranın sədri sеçilib. Lakin Milli Şuranın sədri kimi bir aylıq fəaliyyətindən sоnra о, səlahiyyətlərini ölkənin Baş nazirinə vеrərək, Bakının qurtuluşu üçün hərbi yardım almaq məqsədilə Türkiyəyə gеdib və üç ay davam еdən gərgin danışıqlardan sоnra Qafqaz İslam Оrdusunun Azərbaycana gətirilməsinə, Bakının erməni-daşnak təcavüzündən xilas edilməsinə nail оlub. Cümhuriyyət dövründə Məhəmməd Əmin bəy milli dövlətin idеоlоqu kimi fəaliyyət göstərib, ölkənin sоsial-siyasi, iqtisadi və mədəni baхımdan möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyib. Məhz Cümhuriyyət dövründə Qarabağ, Zəngəzur və Göycə mahalı еrməni daşnaklarından təmizlənərək Azərbaycanın mübahisəsiz ərazilərinə çеvrilib, milli оrdu yaradılıb, Azərbaycanın istiqlaliyyəti Böyük Dövlətlər Birliyi tərəfindən tanınıb.

Çar Rusiyası dövründə quberniyalar şəklində olan Azərbaycan ərazilərinin Cümhuriyyət illərində M.Ə.Rəsulzadə və silahdaşlarının səyləri nəticəsində vahid dövlətdə birləşdirilməsi ölkəmizin Sovetlər Birliyinə respublika şəklində qatılmasına, bununla da xalqın rus-sovet müstəmləkəçiliyi dönəmində öz milli varlığını və dövlətçilik ruhunu qoruyub saxlamasına və ötən əsrin sonlarında yenidən istiqlaliyyətini əldə etməsinə imkan yaradıb.

Cümhuriyyətin süqutundan sonra həbs və təhlükələrdən keçərək qürbətə üz tutan M.Ə.Rəsulzadə ömrünün sonuna qədər mühacirətdə Azərbaycan dövlətini ləyaqətlə təmsil edib, milli istiqlal hərəkatının uğurla yürüdülməsində əlindən gələni əsirgəməyib. Böyük siyasi xadimin uzaqgörənliklə söylədiyi "Bir kərə yüksələn bayraq bir daha enməz" sözləri Azərbaycan istiqlal hərəkatının əsas şüarına - siyasi aforizminə çevrilib.

Məhəmməd Əmin bəyin adı dünyanın bir çox siyasi liderləri, o cümlədən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə birgə çəkilməkdədir. Atatürk Türkiyə üçün nələri etmişdisə, M.Ə.Rəsulzadə də Azərbaycan xalqı üçün eyni missiyanı yerinə yetirmişdi.

Ey böyük türk!

Azərbaycan var olduqca xalqımız sənə minnətdar olacaqdır.

Tarix
2014.02.01 / 00:45
Müəllif
Vaqif Sultanlı
Şərhlər
Digər xəbərlər

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla