Yuxarı

“Günel atası vəzifəli şəxsin şoferi olan sevgilisinə güvənirdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Günelin Asim adlı sevgilisi var, Asimin atası vəzifəli şəxsin şoferidir. Ona görə də Günel Asimə güvənib "xod" gedirdi".

Bu sözləri Musavat.com saytına açıqlama verən "Qızıl Məryəm"i öldürməkdə ittiham olunan Günel Hüseynovanın yaxınlarından biri deyib.

Son günlər məşhur qızıl satan Məryəm Namidzadənin öz qızı Günel Hüseynova tərəfindən öldürülməsi mətbuatın əsas mövzusuna çevrilib. Qohumları ilə birlikdə 43 bıçaq zərbəsi nəticəsində öz anasını öldürən Günel Hüseynova fotomodeldir.

O, tanınmış məkanların da siması olub. Onun da anası kimi şou-biznes nümayəndələri ilə gözəl münasibətləri var.

Günel Hüseynovanın yaxınlarından biri saytımıza açıqlama verib. O, bildirib ki, Günel ilə yaxın rəfiqə olan müğənni Mətanət Əsədova televiziya çəkilişlərini Məryəmin evində aparırıdı: "Günelin Asim adlı sevgilisi var idi, Asimin atası vəzifəli şəxsin şoferidir. Günel Asimə güvənib "xod" gedirdi. Deyirdi ki, Asimin atasının sözü hər yerdə keçir, ona heç kim, heç nə edə bilməz. Müğənni Mətanət Əsədova ilə yaxın rəfiqə idilər. Mətanətin öz evi olaraq, televiziyalarda təqdim etdiyi ev Məryəmin evidir. O, çəkilişləri Məryəmin evində aparırdı. Bilirəm ki, Günel ötən il klipmeyker Zöhrab Ağayev (Zorik) ilə İstanbula getmişdi, orada kinoya çəkilirdi. Sosial şəbəkələrdə yayılan fotolar da kino çəkilişindəndir. O, "Lady Sharm" gözəllik salonunun siması olub, salonun açılışında da iştirak edib".

Haqqında deyilənlərə aydınlıq gətirmək üçün müğənni Mətanət Əsədova ilə əlaqə saxladıq. O, Məryəmgilin evində çəkiliş apardığı haqda danışmaq istəmədi: "Mən bu haqda danışmaq istəmirəm. Xahiş edirəm ki, məni Günel barədə də narahat etməyin. Mənim bacım, qohum-əqrəbam deyil. Mən də onları camaat kimi tanıyıram. Hamı məni yığır, cavab verməkdən yoruldum. Onları milyon insan tanıyır, onlardan soruşun".

Klipmeyker Zöhrab Ağayev isə Günellə işbirliyinin olmadığını, onu Məryəmə görə tanıdığını qeyd etdi: "Günel fotomodel olub, anasının xahişi ilə onun fotosessiyasını etdirmişəm. Mənim nə filmimdə, nə də klipimdə çəkilib. Güneli anasına görə tanımışam. Məryəm çox gözəl, savadlı, alicənab qadın olub, övladı üçün hər şeyi edib, nəvəsinə də o baxırdı. Günelə avtomobil də almışdı. Onların evində qonaq olmuşam, mehriban idilər, can deyib, can eşidirdilər. Elə ananı qətlə yetirmək vəhşilikdir. Məryəm ilə yaxın dost idik, zəngləşib, görüşürdük. İki ildir ki İstanbulda yaşayıram, sonuncu dəfə Bakıya gəlişim Məryəmin ölümü ərəfəsinə düşdü. Məryəmin ölümündən əvvəlki gün yazışdıq ki, görüşək. Ölümü günü yasa getdim, Günel ağlayırdı. Deyirdi ki, kaş onu öldürərdilər. Məryəmi Günelin öldürdüyünü eşidəndə şoka düşdüm. İndiyə kimi inana bilmirəm ki, elə anaya qıyıb".

G.Hüseynovanın siması olduğu "Lady Sharm" salonundan isə bildirdilər ki, Günel Hüseynovanı tanımırlar: "Mən salonun müdirəsiyəm. Bir aydır ki, buranı işlədirəm. O xanımı tanımıram, onun salonumuzun siması olduğunu bilmirəm. O xanımı salonumuzda görməmişəm".

Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü və xüsusi amansızlıqla öldürülmüş Məryəm Namidzadənin meyiti yaşadığı evdə aşkar edilib.

Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun qızı Günel Hüseynova və qohumları olması müəyyən edilib.

Tarix
2016.01.08 / 18:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla