Yuxarı

İslam dünyasını gözləyən təhlükə reallaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran-Səudiyyə qarşıdurması dini müstəvidə daha kəskin hal alarsa, bu, nəinki Yaxın Şərq, bütün islam dünyası üçün dəhşətə çevrilə bilər.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib. Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən gərginliyin mənfi nəticəsi kimi üzə çıxan Səudiyyə-İran qarşıdurmasının fəsadları çox ağır ola bilər:

"Bu proses Rusiya ilə Qərb arasında Suriya ətrafında baş verən hadisələrin geosiyasi vəziyyətini dəyişə və hazırkı vəziyyəti məcrasından çıxara bilər. Çünki Səudiyyə Qərbə arxalanır, ABŞ-ın müttəfiqidir. İran isə Rusiya ilə münasibətləri yaxın tutmağa çalışır. Moskva ilə Tehranın Suriyada məqsədləri demək olar ki, eynidir. Bəşər Əsəd rejimin müdafiəsi və bu kontekstdə digər bəlli qüvvələri məhv etməklə Suriyanı Qərbin əhatə dairəsindən tamamilə çıxarmaq hazırkı planın əsas hissəsidir. Səudiyyə-İran qarşıdurması çox təhlükəli bir tendensiyaya çevrilməkdədir. Çünki bu münaqişə regional siyasi qarşıdurmadan çıxaraq dini müstəviyə keçir. Proses kəskin hal alarsa, bu, nəinki Yaxın Şərq, bütün müsəlman aləmi üçün dəhşətə çevrilə bilər. Proses özlüyündə Suriya məsələsində də öz əksini tapa və Qərblə Rusiya arasındakı mövcud qarşıdurmanın daha ciddi hal almasına gətirib çıxa bilər. Ona görə beynəlxalq regional təşkilatlar bu təhlükənin qabağını almaq üçün hərəkətə keçməsələr, fəsadlar çox ağır olacaq".

Tarix
2016.01.10 / 10:12
Müəllif
Aygün Yusifova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla