Yuxarı

Prezident: “Neftin ucuzlaşması…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə neftin qiymətinin düşməsi və manatın devalvasiyaya uğraması Azərbaycanda iqtisadi proseslərə də təsir etdi.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"2015-ci ildə neftin qiymətinin düşməsi və manatın devalvasiyaya uğraması Azərbaycanda iqtisadi proseslərə də təsir etdi. Bunun səbəbi kənarda yaranıb. Neftin qiymətinin ucuzlaşması iqtisadi yox, siyasi amillərlə bağlıdır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb. ÜDM 1, sənaye istehsalı 2,4, qeyri-neft sənayesi isə 8,4 faizdən çox artıb. Bu məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sənayesinin inkişafı deməkdir. Aparılan islahatların nəticəsidir və qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir. Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollar sərmayə qoyulub. Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır. 2015-ci ildə iqtisadi və geosiyasi amilləri nəzərə alaraq, iqtisadi inkişafa nail olmaq böyük uğurdur", - Prezident bildirib.

Tarix
2016.01.10 / 14:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla