Yuxarı

Mübariz Qurbanlı İsrail səfiri ilə görüşdü – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsrail dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.

Komitədən Axar.az-a verilən məlumata görə, qonağı səmimi salamlayan Komitə sədri Azərbaycan-İsrail münasibətlərinin tarixindən, yəhudi icmasının Azərbaycandakı fəaliyyətindən danışıb.

Ölkəmizdə multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu vurğulayan Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsinin təsadüfi olmadığını bildirib. Tolerantlıq xalqımızın həyat tərzidir. Azərbaycanda bütün dinlərin nümayəndələri, yəhudilər də daxil olmaqla, əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar.

Səfir Dan Stav fəaliyyəti dövründə ölkəmizin bölgələrinə səfərlər etdiyini, multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünün şahidi olduğunu, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. Ötən ilin noyabr ayında ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay sinaqoqunun üzvlərindən ibarət 50 nəfərlik heyətin Azərbaycandan çox yüksək təəssüratla geri döndüklərini bildirən səfir müxtəlifliyin geniş yayıldığı bir dünyada millətlərin birgə yaşamasını təşviq edən Azərbaycan modelinin unikallığı ilə seçildiyini deyib. O, qeyd edib ki, bu baxımdan Azərbaycan tolerantlıq ixracatçısı ola bilər.

Tarix
2016.01.11 / 17:37
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla