Yuxarı

Prezident struktur islahatlarının anonsunu verdi – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Detallar tam olaraq açıqlanmasa da, 2016-cı ildə ölkədə köklü dəyişikliklərin olacağı gözləniləndir.

Bu sözləri Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirəsindəki nitqini şərh edən politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, son müşavirə ilə qarşıya qoyulan konkret vəzifələr iqtisadi sahələrdəki sualları aradan qaldıracaq:

"Ən mühüm addım aqrar sənaye sahəsində olacaq. Çünki qeyri-neft sektoru dedikdə ilk yerdə kənd təsərrüfatı gəlir. Bu sferada maddi-texniki tədqiqat, suvarma sistemləri, toxumçuluq sənayesinin inkişafına xüsusi qayğı göstərilməsi, eyni zamanda, real sektorda, ağır sənaye, maşınqayırma sahələrinə də diqqət artırılması əsas məsələlərdəndir. Prezident İlham Əliyev struktur islahatlarının aparılacağını və çevik idarəetmə mexanizmlərinin yaradılacağının anonsunu verdi. Bu, operativ qərarlar qəbul etmək imkanına malik, peşəkar və çevik idarəetmə komandasının formalaşmasından xəbər verir. Görünür, ciddi nəzarət mexanizmi də işə düşəcək. Bu həm dövlət, həm də ictimai nəzarət şəklində həyata keçiriləcək".

Politoloqun sözlərinə görə, prezidentin sözügedən məsələlərdə ölkə mediasının üzərinə böyük iş düşdüyünü vurğulaması ictimai rəyin önəmini bir daha ortaya qoyur:

"Maaş və pensiyaların artırılması istiqamətində verilən göstərişlər xüsusilə təqdirəlayiqdir. Son müşavirə göstərdi ki, ölkədə bir çox mənfi hallara qarşı kəskin addımların atılması ilə sahibkarlığın inkişafına təkan veriləcək".

Qeyd edək ki, yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Tarix
2016.01.11 / 21:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla