Yuxarı

Millət vəkillərindən zərərçəkənlərə dəstək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşların milyonlarla manat pulunu mənimsəyən "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun atası Zakir Yusifov hər vəchlə dəymiş ziyanın ödənilməsinin qarşısını almağa çalışır.

Teleqraf.com xəbər verir ki, fırıldaqçı bankirin atası müsadirə edilməli olan mülk və obyektlərin ona məxsus olduğunu, hərraca çıxarılmasının mümkünsüzlüyünü iddia edir.

Bəs, əslində, necədir?

Hüquqi Düşüncə İctimai Birliyinin sədri Samir İsayevin sözlərinə görə, prokurorluq təqsirləndirilən şəxsin əmlakının cinayət yolu ilə əldə edildiyini isbat etməlidir: "Sübut olunmalıdır ki, ev bank sahibinin atasına məxsus deyil, bankdan oğurlanmış pullar atasının adına rəsmiləşdirilmiş binaya bank müdiri tərəfindən xərclənib. Burada əmlakın cinayət yolu ilə əldə edilməsi ilə bağlı sübutları təkrar nəzərdən keçirmək lazımdır".

Onun fikrincə, apelyasiya instansiyasında işə baxan hakimlər əmlakın cinayət yolu ilə əldə edilməsi barədə sübutları yenidən toplamalıdır: "Hakimlər sübutların toplanması üçün tərəflərin təqdim etdiyi dəlilləri araşdırmalı, zərurət yarananda verilən sorğuları həll etməlidir. Çünki burada mülki işdən söhbət gedir. Mülki iş araşdırılır. Belə olan halda sübut etmək məsələsi tərəflərin üzərinə qoyulur. Cinayət işində sübut etmək məsələsi dövlət orqanının üzərinə qoyulur, mülki məsələni sübut etməksə həm tərəfin, həm də dövlət orqanının üzərinə düşür. İş üzrə zərərçəkmişlər Ali Məhkəmənin qərarını təkzib edən sübutları Apelyasiya Məhkəməsinə təqdim etməlidirlər. Apelyasiya Məhkəməsi həmin sübutları araşdırmalı və ədalətli qiymət verməlidir. Bununla da bundan əvvəlki Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsi ilə nəticələnən Ali Məhkəmənin verdiyi qərar aradan qaldırılmalıdır".

Hüquqşünas qeyd edib ki, bank müdiri bankın pulunu mənimsəyəndə, iş məhkəmədən keçir və zərərçəkmişlər ortalıqda qalır: "İnsanlar zərərçəkən kimi tanınanda heç olmasa vəkil tutmalı idilər. Vəkil də prokurorluq qarşısında vəsatət qaldırmalıdır. Prokurorluq da cinayət yolu ilə əldə olunan əmlakın atasının adına deyil, bank rəhbərinin özünə məxsus olması haqda sübutlar toplaya bilsin".

Millət vəkili Fəzail İbrahimlinin sözlərinə görə, istənilən situasiyada oğurluq halı başlananda, onun qarşısı dərhal alınmalıdır: "Bəzi hallarda əmanət oğurlanır, düzülüb qoşulur, birdən qəflətən hay düşür ki, insanlara zərər dəydi. Günahkar qanun qarşısında cavab verməlidir. Qanun şahdır. Bankın sahibi kimdir, onun arxasında vaxtilə kimlərin durduğunu və müdafiə etdiyini axtarıb cəzalandırmaq lazımdır. İcra orqanları məhkəmənin hökmünü icra etməlidir. Zərərçəkmişlər icra orqanlarından vəzifəsini yerinə yetirməsini tələb etməlidir. Onların hüquqlarını təmin etməyənlərin özündən şikayət olunmalıdır".

Deputat Zahid Orucun fikrincə, banklarda batan əmanətlərin geri qaytarılmaması qanun pozuntusudur, digər tərəfdən bank sisteminə vurulan zərbədir: "Vətəndaşlar bankalara əmanətlərini qoyur, həmin qurumlar ondan fayda götürürlər. Çünki aşağı faizlə qoyulmuş vəsaitlər üzərinə müəyyən faizlər əlavə edilərək təkrar dövriyyəyə qaytarılır və beləliklə bank funksionallığını həyata keçirir. Azərbaycan bank sisteminə etibarı artırmaq üçün xüsusi sığortalama fondu da yaradıldı ki, 30 min manata qədər hissə həmin fondun qarantiyası altında olacaq".

Zahid Orucun sözlərinə görə, "Texnikabank"da vətəndaşlara dəymiş ziyan ödənməlidir: "Vəsaitləri hər hansı şəkildə geri qaytarmaq mümkündürsə, o əmlakların qanunsuzluğunu elan etmək və prosesi məhkəmə qaydasında geri döndərmək olar. Burada ikinci mövzudan söhbət gedə bilməz. Hər bir vətəndaş öz öhdəliyinin yerinə yetirilməsi üçün addımlar atmalı, məhkəmələrə müraciət etməlidir. Dövlətin bütün mexanizmləri o qüvvələrin üzərinə getməlidir ki, vətəndaşlar problem yaşamasın".

Tarix
2016.01.12 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla