Yuxarı

Ziya Məmmədovun qardaşının evində partlayış: xəsarət alanlar var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarda nəqliyyat nazirinin qardaşına məxsus tikilidə partlayış baş verib.

Qusar rayonunun Çiləgir kəndində partlayış baş verib. Hadisə Nəriman Məmmədova məxsus fərdi yaşayış evində qeydə alınıb. SalamNews-un bölgə müxbiri xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, 2 otaqlı yardımçı tikilidə baş verən partlayış nəticəsində 63 yaşlı Hacıyeva Maral Nüsrət qızı və onun həyat yoldaşı Hacıyev Şəkixan Cahangir oğlu müxtəlif yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, Maral Hacıyevanın bədənin 80, həyat yoldaşının isə 40 faizi yanıb. Xəstələrə ilkin yardım göstırildikdən sonra vəziyyətləri ağır olduğundan paytaxta göndəriliblər. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Partlayış baş verən mənzil nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədova məxsusdur.

Tarix
2014.02.01 / 19:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla