Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2017


İlham Əliyevdən 6 mühüm fərman

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:37

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Axar.az xəbər verir ki, fərmana əsasən "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1128) 1-ci hissəsi ləğv edilib.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə", "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu", "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi", "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı" təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

18:57

İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 82-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 82-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci, 23.2-ci, 23.3-cü (birinci və üçüncü cümlələrdə) və 23.4-cü (birinci cümlədə) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767; 2006, № 12, maddə 1057; 2008, № 9, maddə 798; 2012, № 6, maddə 547, № 12, maddə 1271; 2013, № 11, maddə 1327, № 12, maddə 1510; 2014, № 4, maddə 360) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.4-cü bənddə "maddəsində" sözü ", 23.2-ci, 23.3-cü (birinci və üçüncü cümlələrdə) və 23.4-cü (birinci cümlədə) maddələrində" sözləri ilə əvəz edilsin;

4.2. 2.5-ci bənd ləğv edilsin".

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nı "Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 9 sentyabr tarixli 590 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 798, № 10, maddə 918; 2006, № 5, maddə 408; 2007, № 3, maddə 232, № 8, maddə 765; 2008, № 1, maddə 7, № 8, maddə 719; 2009, № 3, maddə 163; 2013, № 6, maddə 654; 2014, № 2, maddə 112, № 9, maddə 1027, № 10, maddə 1220; 2015, № 7, maddə 829) ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nın 3-cü hissəsinin "Xüsusi icazə verən icra hakimiyyəti orqanı" sütununa "Daxili İşlər Nazirliyi" sözlərindən sonra "(Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)" sözləri əlavə edilsin".

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi Qaydaları"nı "Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 9 sentyabr tarixli 590 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 489; 2004, № 8, maddə 616; 2005, № 1, maddələr 15, 19; 2006, № 9, maddə 743; 2008, № 7, maddələr 612, 619, № 8, maddə 719; 2009, № 4, maddə 226; 2014, № 10, maddə 1213; 2015, № 9, maddə 977) ilə təsdiq edilmiş "Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissədə "nümayəndələri" sözündən sonra "(bu Qaydaların 4-1-ci hissəsində nəzərdə tutulmuş mühafizə xidməti əməkdaşları istisna olmaqla)" sözləri əlavə edilsin, "bəndinə" sözü "hissəsinə" sözü ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

"4-1. Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi müraciətinə əsasən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin verdiyi xüsusi icazə ilə həyata keçirilir. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həmin xüsusi icazələr barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verir.".

3. 8-ci hissədə "bəndində" sözü "hissəsində" sözü ilə əvəz edilsin".

***

İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti haqqında Əsasnamə" təsdiq edilsin.

2. "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu" təsdiq edilsin.

3. "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi" təsdiq edilsin.

4. "Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı" təsdiq edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir".

Tarix
2016.01.13 / 18:57
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Qərb Türkiyəyə qarşı bu tərbiyəsizliyi də etdi

Paşayeva Mekkavini Bakıya dəvət etdi - Foto

İlham Əliyev 3 deputatı mükafatlandırdı

Hədəf Ərdoğan yox, Türkiyədir – NATO qalmaqalı

Təhlükə: Türkiyə bu məqamlarda ciddi səhv edir - Politoloq

Putinin Qarabağ ümidsizliyinin əsas - Səbəbi

İrəvan çətin durumda: İran da prosesə qoşulur

Onların Qarabağa qanunsuz səfəri... - Meksika KİV-i

"Reket"lərlə mübarizə: Media kapitanları danışdı - Video

İlham Əliyev sərəncam imzaladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla