Yuxarı

İqtisadi tənəzzül Rusiyanı parçalayacaq - Analiz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın iqtisadi çöküşü bu ölkədə köklü siyasi dəyişiklərin başlanğıcını qoyacaq.

Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli açıqlama verib. Rusiyanın başı üzərində qara buludların dolaşdığını deyən sabiq dövlət müşaviri iqtisadi tənəzzülün ölkədə müəyyən parçalanmalara yol açacağını istisna etməyib:

"Rusiyaya tətbiq edilən sanksiyalar getdikcə ağırlaşır. Üstəlik, neftin qiymətinin sürətlə düşməsi və paralel olaraq qazın da ucuzlaşması ölkədə xeyli xoşagəlməz hallar yaradacaq. Bunun nəticəsi kimi siyasi elitada parçalanmalar qaçılmazdır. Putinlə Medvedyev arasında büdcə məsələlərinə dair çox ciddi fikir ayrılıqlarının olması barədə xəbərlər dolaşır. Baş Kəşfiyyat İdarəsinin rəisinin müəmmalı ölümü də göstərir ki, Rusiyada ciddi hadisələr baş verir. Bəzi şəxslərin aradan götürülməsi prosesi artıq başlayıb. Kreml Ukrayna məsələsində də, xüsusilə Donbasla bağlı, güzəştlərə hazırlaşır. Məhz bu məqsədlə də Putin Ukrayna üzrə xüsusi nümayəndəsi, keçmiş nazir Boris Qrızlovu Kiyevə göndərib. Səfərdən öncə Donbasda bir çox səhra komandirlərinin aradan götürülməsi isə diqqət çəkir. Kreml dərinləşən böhran qarşısında hətta Əsədi də sıradan çıxarmağı göz altına alıb".

Politoloq Rusiyanın ayrı-ayrı vilayətlərində vəziyyətin heç də ürəkaçan olmadığını deyib:

"Öz daxili qazancı ilə əhalisini yüksək səviyyədə saxlamağı bacaran Tatarıstanda hələ Yeltsinin dövründə mərkəzi büdcəyə pul göndərməmək haqqında qərar verilmiş, xaricdə bir çox iqtisadi nümayəndəliklər belə açılmışdı. Bu planları sonradan Putin pozdu və həmin nümayəndəlikləri bazara çevirdi. Nəticədə ölkədə əmək haqları xeyli aşağı düşdü. Bunu unutmayan Tatarıstan sözün əsil mənasında indi çox qəzəblidir. Bu özünü Rusiya-Türkiyə gərginliyi fonunda daha qabarıq göstərdi. Yəni Tatarıstan açıq şəkildə Putinin mövqeyinə qarşı gedir".

Onun sözlərinə görə, iqtisadi çöküş Rusiyada ciddi siyasi təlatümlərə yol açacaq:

"Putin üçün ən təhlükəli variant hərbi sənaye kompleksidir. Çünki bu, birbaşa ölkə siyasətinə təsir imkanına malikdir. Hazırda Moskvanın əsas gəlir mənbəyi silah satışıdır. Hərbi sənaye kompleksləri demək olar ki, tabeçilik əlaqələri ilə birləşirlər. Ona görə də onlar dövlət içində dövlət kimi səciyyələndirilir. Baş Kəşfiyyat rəisinin ölümü də məhz bu kompleks daxilində gedən müxtəlif ideyalardan qaynaqlanır".

Politoloqun qənaətinə görə, iqtisadi proseslər Rusiya Federasiyasında müstəqillik meyillərini artıracaq:

"Bunların başında Çeçenistan gəlir. İnquşetiya, Qaraçay Çərkəzində anti-rus ideyaları güclənməkdədir. Bu ərazilər gec-tez etiraza qalxacaq. Ən güclü müqavimət isə tatarlardan gələcək. Rusiyanın daxilində mərkəzdənqaçma meyilləri kifayət qədər güclüdür. Bu, Altayda, Buryatiyada özünü daha qabarıq büruzə verir".

Q.Hüseynli Rusiyaya ən böyük zərbənin Çindən gələcəyini açıqlayıb:

"Çin Rusiyaya qarşı çox ciddi və üstüörtülü bir böyümə siyasəti aparır. Bu ölkə Uzaq Şərqdəki müəyyən əraziləri məhz Rusiyanı özündən iqtisadi asılılıq vəziyyətinə gətirməklə fəth etmək niyyətindədir. Rusiyanın başı üzərində kifayət qədər qara buludlar dolaşır. Bu, dünya nəhənginin müəyyən hissələrə parçalanmasına gətirib çıxaracaq".

Rusiyanın iqtisadi çöküşünün dünyada qlobal siyasətə də təsirsiz ötüşməyəcəyini bildirən politoloq çox maraqlı bir məqamı da bölüşüb:

"Çöküş prosesi elə baş verəcək ki, nüvə silahına əl atmağa lüzum qalmayacaq. Yəni milli azlıqlar ölkə daxilində əvvəlcə öz azadlıqlarını genişləndirəcəklər, sonra hərəkətə keçəcəklər. Bəzi ərazilərin müstəqillik uğrunda ayağa qalxacağı zaman elə də uzaq deyil. Bir sözlə, Rusiyanın iqtisadi çöküşü bu ölkədə köklü siyasi dəyişiklərin başlanğıcı olacaq".

Tarix
2016.01.14 / 10:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla