Yuxarı

“Prezidentin bu sözü çox mətləbdən xəbər verir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçısının çıxışında bir çox vacib siyasi məqamlar var.

Bu barədə Axar.az-a millət vəkili Aydın Mirzəzadə danışıb. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirəsindəki çıxışını şərh edən deputat Dağlıq Qarabağ məsələsinin Azərbaycanın xarici siyasətində əsas prioritet olduğunu deyib:

"Ötən il Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ATƏT-in Minsk Qrupu həmsədrlərinin təkidi ilə baş tutdu. Yəni Ermənistanın mövqeyində hələ ki, hər hansı bir dəyişiklik yoxdur. Düzdür, problemin həll olunmaması ilk növbədə Ermənistana ciddi təsir edir. Beynəlxalq hüquq normalarının bu şəkildə pozulmasının davam etdirilməsi Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq. Azərbaycan isə problemin həlli üçün bütün imkanlardan maksimum istifadə edir. İlk növbədə hərbi qüdrətimizin daha da artırılması ön plandadır. Dövlət başçısı qətiyyətlə vurğuladı ki, status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Prezidentin bu cümləsi, əslində, çox mətləbdən xəbər verir. Bu, belə də olmalıdır. Çünki Azərbaycan buna məcburdur. Güclü hərbi potensialımızı göstərməsək, status-kvonun saxlanılması İrəvanın xeyrinə olar. Cəbhə xəttində güclü Azərbaycan Ordusu bu gün Ermənistanı hazırda narahat edən məsələdir".

Tarix
2016.01.14 / 15:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla