Yuxarı

Bakıda 4 ölkə arasında mühüm razılıq - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə daşınmasının təşkilində imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi ilə bağlı danışıqlar aparılıb, razılıq əldə olunub.

AzərTac xəbər verir ki, danışıqlarda Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov, Qazaxıstan Dəmir Yolu SC-nin prezidenti Askar Mamin, Gürcüstan Dəmir Yolu SC-nin sədri Mamuka Baxtadze, Ukrayna Dəmir Yolu SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyev və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov iştirak ediblər.

Həmçinin tədbirdə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna arasında yükdaşıma həcmi, Avropadan Çinə və Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə geriyə konteyner qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilməsi məsələləri müzakirə edilib.

Görüşün yekununa dair dördtərəfli sənəd və Azərbaycanla Gürcüstan arasında ikitərəfli sənəd imzalanıb.

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov imzalanan sənədin əhəmiyyətindən danışaraq bildirib ki, bu yeni bir marşrut xəttinin açılması deməkdir. Burada söhbət Ukraynanın Avropa ilə sərhəddə yerləşən İzov dəmir yolu stansiyasından başlayaraq Qazaxıstanla Çin arasında yerləşən "Dostluq" stansiyasına qədər olan məsafədən gedir.

Onun sözlərinə görə tərəflər bu gün həm də aşağı tarif siyasətini müəyyənləşdirib, marşrutun işlənməsi üçün daha komfort şərait yaradılması barədə razılığa gəlinib.

Cavid Qurbanov qeyd edib ki, hesablamalara görə bu marşrutla ayda ən azı 8 qatarın keçməsi mümkündür.

Tarix
2016.01.14 / 19:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla