Yuxarı

Millət vəkili kral ailəsi ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandda səfərdə olan millət vəkili Qənirə Paşayeva Tailand kral ailəsinin üzvləri, kraliça Sirikitin şəxsi katibləri Zanpuying Farani Mahanonda, Zanpuying Supornfen Laungzer, kraliça Sirikit İnstitunun və Fondunun rəhbərləri ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüşdə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı bütün istiqamətlərdə görülən işlərlə və əldə edilən uğurlarla bağlı geniş məlumat verib.

Görüş zamanı Kraliça Sirikit Phra Baromma Rajini Nath tərəfindən və onun dəstəyi və rəhbərliyi ilə qurulan institut, fond və muzeyin fəaliyyəti, mədəniyyət, təhsil və sosial sahədə həyata keçirilən layihələr, əldə olunan uğurlar barədə söz açılıb.

Millət vəkili Tailand kral ailəsinin üzvlərini, kraliça Sirikitin şəxsi katibləri Zanpuying Farani Mahanonda, Zanpuying Supornfen Laungzer, kraliça Sirikit İnstitunun və Fondunun rəhbərliyini Azərbaycana dəvət edib.

Həmçinin Q.Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərdən və Xocalı soyqırımından danışıb:

"Dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar".

Sonda Q.Paşayeva onlara rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini əks etdirən ingilis dilində sənədli filmlərin olduğu "Azərbaycan həqiqətləri" filmləri kataloqunu, Azərbaycanla bağlı müxtəlif materialları hədiyyə edib.

Tarix
2016.01.15 / 13:52
Müəllif
Gülər Nəsibova
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla