Yuxarı

"Prezidentin tapşırığı ilə atılan addımlar..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tapşırığı istiqamətində mühüm addımlar atılır. Cari ildə də dövlətin güzəştli kreditləri hesabına investisiya layihələrinin maliyyələşdirilməsi və eləcə də kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görüləcək.

Bunu AzərTac-a Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib. O bildirib ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi və əlverişli mühitin yaradılması, bu sahədə yaradılan müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Dövlət tərəfindən ayrılan kreditlər və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də sahibkarlığın inkişafına böyük dəstəkdir. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu günədək 30 mindən çox sahibkara 1,7 milyard manat güzəştli kredit verilib və bu kreditlər hesabına 140 mindən çox yeni iş yerinin yaradılması imkanı yaranıb. 2015-ci ildə ölkə üzrə 5 min 230-dan çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşməsinə 248,5 milyon manat güzəştli kredit verilib. Kreditlərin 65 faizi regionların, 35 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.

"Dövlət başçısının tapşırığına əsasən atılan addımlar - yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi bu sahənin sürətli inkişafı üçün mühüm addımdır. Bu addımlar ölkəmizdə özəl sektorun yüksək səviyyədə inkişafını təmin edir, yaradılan şərait isə sahibkarlar qarşısında çox mühüm vəzifələr qoyur", - deyə Məmməd Musayev bildirib.

Tarix
2016.01.16 / 20:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla