Türkiyə hərbi gəmisi Moqadişu limanında: prezident qarşıladı
01:10
Ana səhifə Gündəm |
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib.
Axar.az Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.
Xatırladaq ki, nazirlik Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin dünyanın aparıcı ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil alması üçün aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparıb və ümumilikdə 3 min 558 nəfər təhsil almaq hüququ qazanıb.
Tarix
2016.01.16 / 20:21
|
Müəllif
Axar.az
|