Yuxarı

Millət vəkili 88 yaşlı müəllimini ziyarət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev məşhur filosof, fəlsəfə elmlər doktoru, professor Camal Mustafayevi evində ziyarət edib.

Musavat.com xəbər verir ki, 88 yaşlı professor artıq 4 ildir hərəkət qabiliyyətini itirib.

Millət vəkili Azay Quliyev qocaman professorun səhhəti, ailəsinin mənzil-məişət şəraiti ilə maraqlanıb. Deputatı olduğu Binəqədi rayonunun (C.Mustafayev Binəqədi rayonunun sakinidir) müvafiq qurumları ilə yerindəcə əlaqə saxlayaraq, mövcud problemlərin aradan qaldırılması üçün məsələ qaldırıb.

Görüşdə iştirak edən "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal saytımıza açıqlamasında bildirib ki, Camal Mustafayevlə millət vəkili Azay Quliyevi səmimi tellər bağlayır: "Camal müəllim Azay Quliyevin müəllimi olub. Azay müəllim hər zaman vurğulayır ki, onun elmi sahəyə istiqamətlənməsində Camal Mustafayevin böyük rolu olub. Azay Quliyev görkəmli filosofun bilavasitə təklifi və dəstəyi ilə Zərdüşt dini və Avesta haqqında yaxından maraqlanmağa və araşdırmalara başlayıb. Bu gün bu iki insanın görüşünə, ünsiyyətinə - müəllimin tələbəsinə fəxr dolu baxışlarına, tələbənin müəlliminə göstərdiyi vəfa borcuna məmnunluqla şahidlik etdim. Dünya yaxşılardan və yaxşılıqdan xali deyil. Bu yaxşılıq, bu müdriklik də nəsillərdən nəsillərə ötürülür. Ulu Tanrı düha sahiblərini, aydınları, yaxşıları xalqımızdan əksik etməsin".

Tarix
2016.01.16 / 22:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla