Yuxarı

Kəndxuda, biznesmen məmur, yoxsa oğru?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zakir Yusifin yalanlarının üstü belə açılıb...

Vətəndaşların milyonlarla manat pulunu mənimsəyən "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilsə də, məhkəmənin qərarının onun əmlakının müsadirə edilməsi ilə bağlı hissəsi hələ də icra olunmayıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Ali Məhkəmənin son məlum qərarı olub. Zal Yusifovun atası Ali Məhkəməyə ünvanladığı şikayət ərizəsində iddia edib ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə olunması üçün üzərinə həbs qoyulan "Humay" şadlıq sarayı və mülklər oğlu Zal Yusifova yox, onun özünə məxsusdur. Ali Məhkəmədə işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib. Qərarda qeyd edilib ki, əmlakların kimə məxsus olması üçün müvafiq qurumlara sorğu göndərilsin.

Bakı Apelyasiya Məhkəməsində, hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda həmin qərarla bağlı müvafiq qurumlara sorğu göndərilib. Sorğunun cavabı alınana qədər proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, bu cinayət işi apelyasiya instansiyasında 4-cü dəfədir araşdırılır. Bundan əvvəl Bakı Apelyasiya Məhkəməsinin hakimləri – Mirpaşa Hüseynov, Rizvan Səfərov və Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə mülklərlə bağlı şikayət araşdırılıb. Hətta o zaman Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Zakir Yusifov deyib ki, məhkəmənin qərarı ilə üzərinə həbs qoyulan "toy evi" (Zakir Yusifov belə deyib. Yəni, "Humay" şadlıq sarayı - red.) mənə məxsusdur, onu geri qaytarın. Həmin vaxt keçirilən prosesdə hakimlərdən biri həmin şadlıq sarayını əldə etməsi üçün maliyyə vəsaitini hardan alması ilə maraqlanıb. 70 yaşlı kişi məhkəmədə fikrini belə əsaslandırıb ki, illər boyu vəzifələrdə işləyib, Göyçə mahalında kəndxuda (yəqin, icra nümayəndəsi demək istəyib - red.) olub, maliyyə idarələrində işləyib. O, "kəndxuda" işlədiyi illərdə qazandığı pullarla Bakının mərkəzində, daha doğrusu, istirahət parkında yer əldə edib və özünə böyük bir şadlıq sarayı tikib (?).

Məhkəmə dələduz bankir Zal Yusifovun ahıl atasının bu fikirlərini inandırıcı qəbul etməyib və onun şikayətini təmin etməyib. Burada məhkəmə haqlı qərar çıaxarmaqla yüzlərlə zərərçəkmişin hüquqlarını bir daha bərpa edib.

Zakir Yusifovun dövlət məmuru olduğu dövrdə bu qədər pulu bir araya toplaması təbii ki, mümkünsüz hesab edilir. Çünki 70 yaşlı kişinin dili ilə desək, o, "kəndxuda" vəzifəsi deyəndə (əslində isə sovet vaxtı kolxozda kiçik bir kənd üzrə nümayəndə vəzifəsindən söhbət gedir - red.) dövlət tərəfindən ayrılmış bir əməkhaqqı alıb. Zakir Yusifovun özünün dediyi kimi, 6 oğlu, qızları, xeyli də nəvəsi var. Böyük ailə sahibidir. Görəsən, bir kiçik kəndin məmuru bu qədər vəsaiti haradan əldə edib? Paytaxtın mərkəzində böyük bir şadlıq sarayı əldə edib, həmçinin, həyətində 4 mərtəbəli, iki bloklu qəsr tikdirib. Belə çıxır ki, Zakir Yusifov Göyçə mahalında kəndxuda, sonra da maliyyə idarələrində işlədiyi dövrlərdə dövlət əmlakını çapıb-talamaqla məşğul olub. Çapıb-taladığı vəsaitlər hesabına da özünə bu qədər mal-mülk əldə edib. Bunun özü də əslində bir cinayət hesab edilir.

Deyilənlərdən belə başa düşülür ki, Zakir Yusifov cinayət yolu ilə əldə etdiyi pullar hesabına özünə bu qədər mülk salıb? Zakir Yusifov mülklərin ona məxsus olması ilə bağlı iddialarına "haqq" qazandırmaq olar. O, iddia edir ki, "Humay" şadlıq sarayının mülkiyyətinə 1992-ci ildə sahib olub. Ahıl kişinin sözlərindən belə çıxır ki, həmin vaxt oğlu Zal Yusifov bankir yox, tələbə olub. Zakir Yusifovun bu iddialarını hələ bir qədər əvvəl Bakı Apelyasiya Məhkəməsində, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə iştirak edən prokuror alt-üst etmişdi. Həmin vaxt prokuror bildirmişdi ki, "Humay" şadlıq sarayı 1992-ci ildə kiçik bir kafeyə bənzər obyekt olub, hansı ki, ona "kafe" demək qətiyyən düzgün olmazdı. Zakir Yusifovun oğlu Zal Yusifov bankır olandan sonra vətəndaşlardan oğurladığı pullar hesabına həmin şadlıq sarayını yeni dizaynda inşa və təmir etdirib. Kiçik banket zalından ibarət olan şadlıq sarayını genişləndirib. Sarayın kiçik banket zalı olmaqla yanaşı, böyük bir toy məcilisləri keçirilməsi üçün zalı, həmçinin geniş, çay daşlarından bəzədilmiş həyəti, hər biri 10-dan çox müştəri qəbul edə bilən xeyli sayda kabinetləri yaradılıb. İndi şadlıq evinin bu qədər geniş imkanları olmasını nəzərə alsaq, onda Zakir Yusifovun nə kəndxuda vəzifəsində işləyən dövrdə yığdığı pullar hesabına, nə də ki, dövlətdən aldığı pensiya ilə bu qədər işləri görməsi mümkün deyil. Zakir Yusifovun nə qədər gəliri olub ki, o həm övladlarını böyüdüb, onlara təhsil verib, həm də bu qədər mülklər əldə edib?

İcra nümayəndəliyinin dövlətdən aldığı əməkhaqqı barədə hər kəs bilir. Buna görə də Zakir Yusifovun bu qədər mülkləri özünün əldə etməsinə ümumiyyətlə, hüquq-mühafizə orqanları da, cinayət işinin araşdıran hakimlər də inanmayıb. Əgər Zakir Yusifovun həqiqəti əks etdirməyən bu iddialarına məhkəmələr inanmış olsaydı, bundan əvvəlki 3 ayrı-ayrı hakimin keçirdiyi məhkəmələrdə ona qiymət verilərdi, iddiası təmin olunardı. Amma Zakir Yusifovun iddiası, qeyd edildiyi kimi, hakimlər tərəfindən qəbul edilməyib. Müəyyən olunub ki, üzərinə həbs qoyulan mülklər Zal Yusifovun bankda rəhbər vəzifədə işlədiyi dövrdə inşa olunub…

Tarix
2016.01.17 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla