Yuxarı

Adil Əliyevin İsa Qəmbərə qalib gəldiyini ekzit-pollar təsdiqləyib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adil Əliyevin 2005-ci ildə seçki qərargahının rəhbəri olmuş Oqtay Sadıqov Arif Hacılının 2005-ci ildə Nərimanov ikinci seçki dairəsində A.Əliyevlə Müsavat başqanı İ.Qəmbər arasında seçki yarışması ilə bağlı "Müsavatdan Adil Əliyevə sərt cavab verildi" başlıqlı yazıya cavab verib.

"Axar.az"ın elektron ünvanına daxil olan məktubda bildirilir:

"Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Adil Əliyevin 6 noyabr 2005-ci il Milli Məclis seçkilərində Nərimanov 20 saylı II seçki dairəsindən seçki kampaniyasını qeyri-obyektiv və arxadan atılan daş effekti verən bir tərzdə şərh etməyə çalışmışdır. Bəri başdan ümidliyik ki, cavab haqqımız tanınınr və bu yazı musavat.com saytında və "Yeni Musavat" qəzetinin növbəti nömrəsində işıq üzü görəcəkdir ("Musavat.com" yazını artıq dərc edib – red.).

Siyasi polemika məsələlərinə gəldikdə əvvəlcə qeyd etmək istərdim ki, 1995-2000-2005-2010-cu illərdə seçki mütəxəssisi kimi parlament seçkilərində iştirak etmiş, 2000-2002-ci illərdə Qərb Universitetində "Seçki nəzəriyələri və texnologiyaları" fənnindən mühazirələr oxumuşam, siyasi elmlər magistriyəm. 2005-ci il Milli Məclis seçkilərində Adil Əliyevin səlahiyyətli nümayəndəsi və qərargah rəhbəri olmuşam. Bizlərin hər biri kimi mənim üçün də 2005-ci il seçkiləri heç də asan olmayan siyasi mübarizə şəraitində baş vermişdir.

O dövrki Azadlıq Blokundan dairə üzrə namizəd, Müsavat başqanı İsa Qəmbərə gəldikdə qeyd etməlıyəm ki İsa bəy dairə ərazisində Arif Hacılının söylədiyi kimi 4 yox, yalnız 2 görüş keçirmişdir. Bu görüşlər də seçicilərlə görüşdən daha çox, köçürülmə elektoratın bir dairə ərazisindən digərinə müvəqqəti ötürülməsi yolu ilə baş vermişdir. Böyük ehtimalla blok siyasətinin üstünlüklərilə yanaşı, fəsadları da bu seçki kampaniyasında öz sözünü demiş, secicilər İsa bəyin onlarla hansısa bir başqa görüşünün şahidi olmamışlar.

"Tamada, molla" və başqa epitetlərlə şərh vermək fikrindəndə xeyli uzağam. Sadəcə qeyd etmək istərdim ki, dairə ərazisində seçicilərə məhz hörmətli münasibət, onların əmək, sosial və konstitusion hüquqlarının təminatçısı olmaq missiyasını Adil Əliyev həqiqətəndə icra edə bilmiş və bu gün də etməkdədir. İnsanın hansı peşə sahibi olmasının isə seçki nəticələrinə heç bir aidiyyəti ola bilməz və ümüdliyəm ki, Müsavat Partiyasının rəhbərliyidə bu aksiomanı qəbul edir.

Arif Hacılının Avropa Məhkəməsinin İsa Qəmbərin lehinə qərar qəbul etməsi ilə bağlı söylədiklərinə gəldikdə isə demək istərdim ki bütün nüfuzlu beynəlxalq təşkilatlar bu seçkilərin beynəlxalq hüquqi və siyasi nəticələrini tanımışlar və deməli, habelə Nərimanov 20 saylı II seçki dairəsi üzrə də Avropa və ümumiyyətlə, Qərb qurumlarının ikibaşlı oyunlarının isə çox şahidi olmuşuq, elə Musavat partiyası da... Bircə bu faktı da xatırlatmaq, hesab edirəm, yerinə düşər ki, 2005-ci il 6 noyabr seçki günü dairə ərazisində ekzit-pol keçirən ABŞ-ın "Mitofskiy İnterneşnl" və Estoniyanın "Saar-pols" təşkilatları da qələbəni müvafiq olaraq 39 faiz və 41 faiz göstəricilərilə Adil Əliyevə vermiş və bu göstəricilərlə Mərkəzi Seçki Komissiyasının göstəricisi (47.4 faiz) arasında cəmi 5-6 faizlik xətta olmuşdur ki bu da seçkisonrası rəy soruşma texnologiyaları baxımından normal xəta fərqi hesab olunur. Bu da belə...

Sonda Musavat Partiyasına Milli Şura kimi siyasi avantüralara bir daha baş qoşmamaq və siyasi müttəfiq seçimində daha diqqətli olmaq arzusu ilə.

Hörmətlə, politoloq Oqtay Sadıqov

Tarix
2014.02.03 / 01:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla