Yuxarı

Nazim İbrahimovun qardaşına dələduzluq ittihamı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nehrəm MTK-nın rəhbərliyindən hüquq-mühafizə orqanlarına şikayət edilib.

Report-un xəbərinə görə, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Rafael Əlizadə adlı vətəndaş MTK-nın 2014-2015-ci illərdə onun ümumilikdə 150 min dollardan çox pulunu mənimsədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nehrəm MTK-nın təsisçisi Tağı İbrahimovdur. T.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır.

Məsələ ilə bağlı Nehrəm MTK sədri Vasif İsmayılov açıqlama verib. V.İsmayılov bildirib ki, Rafael Əlizadənin Nehrəm MTK-ya qarşı olan şikayətinin heç bir qanuni əsası yoxdur:

"O, MTK-dan heç vaxt və heç bir mənzil almayıb və MTK-ya heç bir məbləğ ödəməyib. Həmin şəxs təxminən 4 il bundan öncə guya MTK-nın inşa etdirdiyi binadan mənzil aldığı barədə MTK-nın ofisinə müraciət edib.

Araşdırma zamanı müəyyən edilib ki, Rafael Əlizadə Rusiya Federasiyasında yaşayarkən mənzil almaq üçün MTK-nın 2005-2009-cu illərdə podratçısı olmuş və bütün işləri yarımçıq qoyaraq qaçıb getmiş Fəqan-1 MMC-nin rəhbəri Hüseynov Rauf Ağacəfər oğluna müəyyən məbləğdə pul ödəyib və Fəqan-1 MMC-nin rəhbəri onunla mənzilin alışına dair saxta müqavilə bağlayıb.

Bunu bilən Rafael Əlizadəyə izah olunub ki, hər hansı bir tələbi varsa, Fəqan-1 MMC-nin rəhbərinə qarşı irəli sürə bilər və Rauf Hüseynovun hərəkətindən məhkəməyə müraciət və yaxud hüquq-mühafizə orqanlarına şikayət edə bilər".

Tarix
2016.01.19 / 13:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla