Yuxarı

Prezidentdən sahibkarlara çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına ən azı 250 milyon manat güzəştli kredit veriləcək. Onların da vəsaitlərini nəzərə alsaq, iqtisadiyyatın real sektoruna, o cümlədən regionlarda qoyulacaq investisiyaların həcmi təqribən 1 milyard manata yaxın olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı ötəngünkü müşavirədə deyib.

Prezident idxal məhsullarının azaldılmasına ehtiyac olduğunu bildirib:

"Əfsuslar olsun ki, bu gün biz ərzaq təhlükəsizliyini tam təmin edə bilməmişik. Bunun obyektiv səbəbləri var. Biz hələ ki, dünya bazarlarına qeyri-neft sektoru xətti, böyük ixrac malları ilə çıxa bilmirik. Bunun da səbəbi ondan ibarətdir ki, ilk növbədə biz idxalı azaltmalıyıq. Çünki müstəqilliyimizin ilk illərində Azərbaycanda heç nə istehsal olunmurdu. Bütün istehlak malları, o cümlədən gündəlik tələbat malları xaricdən gəlirdi. Bu gün Azərbaycan böyük dərəcədə öz ehtiyaclarını ödəyir - həm tikinti materialları, həm ərzaq malları sahələrində. Ancaq bu yerli istehsal mallarının tərkibində xarici komponent var. Biz növbəti illərdə çalışmalıyıq ki, bu xarici komponenti də aradan götürək, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının xammalı da məhz Azərbaycan mənşəli olsun. Ona görə qeyri-neft sektorunun inkişafı sürətlə gedir və gedəcək. Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına ən azı 250 milyon manat güzəştli kredit veriləcək. Onların da vəsaitlərini nəzərə alsaq, iqtisadiyyatın real sektoruna, o cümlədən regionlara qoyulacaq investisiyaların həcmi təqribən 1 milyard manata yaxın olmalıdır. İqtisadiyyat Nazirliyi 1 milyard 500 milyon manat həcmində investisiya layihələrini tərtib edib, hazırlayıb. Bu layihələr tezliklə icra edilməlidir. Hesab edirəm ki, Azərbaycanın iş adamları ilk növbədə Azərbaycana sərmayə qoymalıdırlar ki, bu sahədə biz qısa müddət - bir-iki il ərzində öz ehtiyaclarımızı tam bağlaya bilək. Vəzifəmiz bundan ibarətdir. Beləliklə, qeyri-neft sektorunun inkişafı imkan verəcək ki, biz idxaldan asılı olmayaq. Belə olan halda qiymətlərin tənzimlənməsi də lazımi səviyyədə təmin ediləcək".

Tarix
2016.01.19 / 16:25
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla