Yuxarı

“Bu, hər şeyi təhlükəyə ata bilər...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqazda müharibənin yenidən baş vermə ehtimalı yalnız Qarabağ ətrafında ola bilər.

Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli açıqlama verib. Sabiq dövlət müşaviri bildirib ki, müharibə ehtimalı danışıqlar mərhələsi öz potensialını tamamilə itirdikdən sonra mümkündür:

"Azərbaycanın hazırda təkcə Türkiyə ilə deyil, Rusiya ilə də normal münasibətləri var. Cənubi Qafqazda müharibənin yenidən baş vermə ehtimalı yalnız Qarabağ ətrafında ola bilər. Bu da danışıqlar mərhələsi öz potensialını tamamilə itirdikdən sonra mümkündür. Hazırda bölgədə müxtəlif dövlətlərin maraqları toqquşur. Rusiya Ermənistan vasitəsilə Türkiyəyə zərər vurmağa çalışır. İnanmıram ki, onsuz da ağır vəziyyətdə olan Rusiya bölgədə müharibə alovunu qızışdırsın.Rusiyada vəziyyət hazırda olduqca gərgindir. Özlərinin etiraflarına görə, 22 milyona yaxın nəfər yoxsulluq səviyyəsinə düşüb. Üstəlik, ölkədəki durumun özü müharibə böhranını xatırladır".

Politoloqun sözlərinə görə, Rusiya hazırda sərhədləri yaxınlığında yeni bir NATO dövlətini görmək istəmir:

"Rusiya hədəf kimi Gürcüstanı götürə bilər. Çünki Rusiya Gürcüstanın NATO, qərbmeyilli siyasətinin qarşısını almaq istəyir. Düzdür, Türkiyəyə ziyan vurmağa çalışır, ancaq müharibə istəmir. Son zamanlar hər iki tərəf arasında münasibətlərdə yumşalma hiss olunur. Görünür, Moskva Ankara ilə gərgin münasibətdən daha çox zərər çəkən tərəfdir. Getdikcə vəziyyət müsbətə doğru inkişaf edəcək. Nə Rusiya, nə başqa bir dövlət yeni müharibə istəyir. Bu, regionda dünya üçün zəruri olan enerji və nəqliyyat xətlərini təhlükəyə ata bilər".

Tarix
2016.01.20 / 09:22
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla