Yuxarı

Prezident ailəsi Qara Qarayevin abidəsinin açılışında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 3-də Bakının 28 May küçəsində dünya şöhrətli bəstəkar Qara Qarayevin xatirəsinə ucaldılmış abidənin açılışında iştirak ediblər.

Prezident İlham Əliyevə məlumat verildi ki, hündürlüyü 3 metr olan, qranitdən hazırlanmış abidənin müəllifi Xalq Rəssamı Fazil Nəcəfovdur. Abidənin ətrafında geniş abadlıq işləri aparılıb.

Dövlət başçısı mərasimdə çıxış edib.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Qara Qarayevin tələbəsi, Xalq Artisti, bəstəkar Arif Məlikov Qara Qarayevin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışdılar, xatirələrini bölüşdülər, Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər.

Görkəmli bəstəkarın oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayev çıxış edərək atasının xatirəsinə ucaldılmış abidəyə görə ailələri adından minnətdarlığını bildirib.

Sonra Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürüb.

Dövlət başçısı və xanımı abidənin önünə gül dəstəsi qoyublar.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva musiqi ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdiriblər, onlarla səmimi söhbət ediblər.

Tarix
2014.02.03 / 12:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla