Yuxarı

Vitse-spiker: "Bu, yalnız Azərbaycandadır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla mövcud iqtidarın apardığı siyasətin mərkəzində insanların rifahı, həyat şəraitinin yaxşılaşdırılması dayanır.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Azərbaycan hökumətinin iqtisadi siyasəti sosial yönümlüdür: "Biz bunu həmişə büdcə paketi müzakirə ediləndə də vurğulayırıq ki, budcə qarşısında duran məqsəd sosial yönümlüdür. Bu gün bütün dünyada qlobal iqtisadi çətinliklər yaransa da, Azərbaycan iqtidarının, cənab Prezidentin apardığı siyasətin sosial mahiyyəti qabarıq şəkildə görünür və ayrı-ayrı sahələrdə fəaliyyət göstərən işçilərin, o cümlədən büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqlarının, həmçinin sosial müavinətlərin, pensiyaların, prezident təqaüdlərinin, ümumiyyətlə, bütün təbəqədən olan insanların maddi təminatının artırılması istiqamətində qəbul olunan qərarlar, Prezident tərəfindən verilən sərəncamlar bir daha sosial siyasətin məhz elə iqtisadi çətinlik dövründə də özünü büruzə verdiyini ifadə edir və bu onu göstərir ki, nə qədər çətin olsa da, Azərbaycan hökuməti məhz insan amilinə ciddi önəm verir".

Vitse-spiker vurğulayıb ki, bu, həm də Azərbaycan iqtidarının tədbirli, siyasətində ardıcıl və məqsədyönlü olduğunu göstərir: "Digər ölkələrə baxsaq, heç bir ölkədə qlobal iqtisadi çətinlik şəraitində belə qərarların qəbul olunduğunu görmərik. Təkcə bu dövrdə yox, bütün dövrlərdə Azərbaycan hökuməti insanların rifahının yaxşılaşmasına yönəlmiş ciddi qərarların müəllifi kimi çıxış edib və bu dəfə də belədir".

Tarix
2016.01.20 / 21:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla