Bu xəstəliklər xərçəngə çevrilə bilər - Xəbərdarlıq
02:25
Ana səhifə Gündəm |
Simferopol məhkəməsi Krım tatarlarının lideri Mustafa Cəmilovun həbsi barədə qiyabi qərar çıxarıb.
Axar.az xəbər verir ki, bunu öz Feysbuk səhifəsində Mustafa Cəmilovun vəkili Cəmil Temişev paylaşıb. Onun sözlərinə görə, Cəmilova qarşı üç maddə ilə cinayət işi qaldırılıb:
"Məhkəmə guya onun istintaq və məhkəmədən yayındığına, şahidlərə təzyiq edə biləcəyinə, Krım ərazisində daimi yaşayışı olmadığına görə cinayət işi qaldırıb. Hazırda Cəmilova qarşı federal axtarış elan edilib".
Qeyd edək ki, Ukrayna ərazisi olan Krım 2014-cü ilin martında Rusiya tərəfindən anneksiya edilib.
Tarix
2016.01.21 / 10:35
|
Müəllif
İlkin Həsənov
|