Yuxarı

Yanukoviç iyulda istefa verəcək - Eksklüziv

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maydandan eksklüziv müsahibə

Ukraynada hadisələr gün-gündən daha şiddətli şəkil alır. Bəzi politoloqlar ölkədə vətəndaş müharibəsinin başlaya biləcəyi proqnozunu verirlər. Hər gün polislə etirazçılar arasında savaş yaşanır. Sosial şəbəkələrdə isə polisin öz vətəndaşlarını necə döyməsi haqqında görüntülər yerləşdirilir. Müsahibimiz, bu dəqiqələrdə Maydanda olan Liza adlı etirazçı da həmin polisin şiddətinə məruz qalanlardandır. O, Maydanın fəalları sırasındadır. Maydanda nələrin baş verdiyi öyrənmək üçün onunla söhbət etdik.

- Tez-tez sizin KİV-dən Maydandakı hadisələr barəsində oxuyuruq. Maraqlıdır, bunlar doğrudurmu? Ümumiyyətlə, bu dəqiqə Ukraynada nə baş verir?

- Sadəcə, bir neçə cümlə ilə cavab verəcəm. Yanukoviç insulta görə xəstəxanaya düşüb. Xalq əvvəlki kimi etiraz edir. Kiyevdə yenidən barrikadalar qurulub. Qısası, vəziyyət çox ağırdır. Mənə elə gəlir ki, bir azdan Rusiya ilə müharibə başlayacaq. Putin hadisələrə daha aktiv müdaxilə etməyə çalışacaq. Yenə deyirəm ki, bu, sadəcə, mənim fikrimdir.

- Bəs küçələrdəki etirazçılar necə düşünür?

- Etirazçıların hamısı yeni fikirlərlə zəngin olan insanlardır. Bu - o insanlardır ki, bir-birinə köməyə qaçırlar. Səbəb isə çox sadədir. Ürəkləri onlara bunu söylədir. Bu - o insanlardır ki, Ukrayna boyda həbsxanada yaşamaqdan boğaza yığılıblar. Yanukoviç biznesimizi məhv edib, məhkəmələri dağıdıb, milisləri bandit formasına salıb. Artıq belə yaşamaq olmaz. İnsanlar ölümcül mübarizəyə qalxıblar. Yəni bizim üçün ölmək maraqlı deyil. Ya Yanukoviç xalqı məhv edəcək, ya da ki, xalq Yanukoviçi. Biz hamımız azadlıq uğrunda savaşırıq. Biz bu azadlığı 2014-cü ilin iyulunda qazanacağıq.

- Maraqlıdır. Niyə iyulda? Politoloqlar belə proqnoz veriblər?

- Yox. İyulda artıq Yanukoviç olmayacaq. Sadəcə olaraq, olmayacaq. Bir çox astroloq və falçıların proqnozlarına uyğun olaraq onun həyat resursları tamamilə tükənəcək. Qəribədir, siz bunun haqqında eşitməmisiniz? Hamı indi bundan danışır.

- Necə yəni falçılar? Bir az da izah edə bilərsinizmi?

- Bir neçə insan var ki, onlar xüsusi olaraq gələcək haqqında proqnoz vermək qabiliyyətinə sahibdirlər. İnternetdə astroloqlar haqqında oxuyun. Mütləq görəcəksiniz.

- Bu dəqiqə küçələrdə savaşan insanlar, deyəsən, daha çox müxalifətə inanır? Maraqlıdır, niyə polis öz vətəndaşını belə dəhşətli formada döyür?

- Mən bir az öncə sizə yazdım. Berkut və milis Yanukoviçin rəhbərliyi altında formalaşmış bandit dəstəsidir. Bu o insanlardır ki, Yanukoviçdən pul alıb insanları döyürlər. Açığı bu dəqiqə Berkut və milis formasında olanların əksəriyyəti Ukrayna vətəndaşları deyil. Sadəcə, muzdurlardır. Xalq öz haqlarına görə etiraz edir. Qarda, şaxtada, yağışda, gündüz, gecə dayanır. Biz Berkutu tamamilə ləğv etmək istəyirik. Biz istəyirik ki, qanunsuzluq edənlər həbsxanada otursunlar. Polislər, hakimlər, prokurorlar, deputatların bir hissəsi... Müxalifət elə də güclü deyil. Ona görə də əsas müxalifət lideri Yuliya həbsxanada oturur. Amma o bir azdan çıxacaq və hər şey dəyişəcək.

- Bəs Yanukoviçi müdafiə edənlər yoxdurmu?

- Boş söhbətdir ki, bəzi vilayətlər Yanukoviçi müdafiə edirlər. Onu müdafiə edənlər vilayətlər deyil. Sadəcə, həmin vilayətlərin aparat rəhbərləridir. Yanukoviç hər kəsdən nə isə oğurlayıb. Onun müdafiə edənlər sadəcə, hökumətdən nə isə umanlardır. Donetskdə, Luqanskda və Krımda Yanukoviçin tərəfini tuturlar. Amma burada insanları zorla prezidentə dəstək mitinqinə çıxardırlar. Onları işdən qovacaqları bəhanəsiylə hədələyirlər. Dəstək aksiyasına çıxanların əksəriyyəti təqaüdçülərdir. Gənclər arasında isə əyyaşlar, narkomanlar, psixoloji xəstəxanadan olan xəstələr bunların sırasındadır. Əsas məsələ kütlənin bunları müdafiə etdiyi görüntüsünü yaratmaqdır.

- Bəs indi nə edəcəksən? Yenə Maydana gedəcəksənmi?

- Adətən belə yazanların çoxusuna cavab vermirik. Məsələ çox sadədir. Çünki şayiələr var ki, təhlükəsiz orqanları internetdə nəzarəti artırıblar. İndi heç nə etməyəcəm. Qışqıracam. Etiraz edəcəm. Çünki Maydandayam. Səhər tezdən gəlmişəm. Nə isə sizə uğurlar.

P.S. Liza bizdən fotolarını verməməyimizi xahiş etdi. Səbəb isə sonda yazdığı cümlələri göstərdi: "Təhlükəsiz orqanları internetdə nəzarəti artırıblar". Lizanın təhlükəsizliyi üçün onun şərtini yerinə yetirmək məcburiyyətində qaldıq. Bu sadə ukraynalı qıza sadəcə uğurlar arzulamaqdan başqa çarəmiz qalmır.

Tarix
2014.02.03 / 13:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla