Yuxarı

Ermənilər Avropanı aldatmağa çalışır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Avropa İttifaqı-Ermənistan Parlamentlərarası əməkdaşlıq Şurasını AŞPA-da Dağlıq Qarabağ münaqişəsinə dair iki qətnamənin qəbulunun əleyhinə yönəldir. Avropa İttifaqı-Ermənistan Parlamentlərarası əməkdaşlıq Şurasının XVI toplantısı barədə yayılan məlumat bəzi dəqiqləşmələr tələb edir.

Trend-in xəbərinə görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Poliltolq AŞPA-da gözlənilən müzakirələr ərəfəsində ATƏT-in Minsk Qrupu və Avrokomissiyanın bəzi həmahəng bəyanat və addımlarını diqqətə çatdırıb:

I. "İşğal olunmuş ərazilər" termini ATƏT-in Minsk Qrupu həmsədrlərinin 11 may 2014-cü il tarixli Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs rejiminin 20 illiyi ilə bağlı bəyanatında rəsmən ifadə olunub (Üçüncü paraqraf). "İşğal olunmuş ərazilər" termini ATƏT-in Minsk Qrupu sənədlərində əlavə bir neçə dəfə də istifadə olunub.( http://www.osce.org/mg/118419)

II. "Beynəlxalq aləm tərəfindən tanınmış Ermənistan-Azərbaycan sərhəddi" termini Aİ-Ermənistan Əməkdaşlıq Şurasının 16-cı iclasının yekun sənədində işlənir. (http://www.consilium.europa.eu/press-releases-pdf/2016/1/40802208032_en_635887490400000000.pdf)

III. "Dağlıq Qarabağ münaqişə ilə bağlı hazırkı status-kvo qəbuledilməzdir " tezisindən Aİ-Ermənistan Əməkdaşlıq Şurasının XVI iclasının yekun sənədində istifadə olunur. (http://www.consilium.europa.eu/press-releases-pdf/2016/1/40802208032_en_635887490400000000.pdf)

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişənin həlli ilə məşğul olan yeganə qurum olması barədə yayılan fikir də yanlışdır:

"ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişənin həlli ilə məşğul olan beynəlxalq ictimaiyyət tərəfindən tanınan qurum olsa da, yeganə qurum deyil. Ola bilməz: BMT və ATƏT qarşısında hesabatlıdır. BMT və ATƏT Dağlıq Qarabağ tənzimlənməsi və ATƏT-in Minsk Qrupu ilə bağlı istənilən qərar qəbul edə bilərlər".

Tarix
2016.01.22 / 11:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla