Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Yanvar 2018


Villa qalmaqalı: SOCAR rəsmisi "arvadı"ndan imtina etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR rəsmisi haqqında yayılan məlumatlara münasibət bildirib.

Qiymət Mehdiyev bununla bağlı Lent.az-a açıqlama verib:

"Dünən bəzi sayt və media orqanlarında mənim həyat yoldaşımın guya Türkiyə respublikasının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa almağı haqqında həqiqətə qətiyyən uyğun olmayan əsassız məlumatlar yayılmışdı.

Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konsitusion hüquqularımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm.

Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqəti elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 000 Türkiyə lirəsi (təqribən 60 min ABŞ dollar civarında ) dəyərindədir.

Eyni zamanda qeyd etməliyəm ki, müxtəlif mətbuat orqanlarında "ətraflı araşdırmanın nəticəsi" kimi qələmə verilmiş saxta məlumat və cizgilər ictimaiyyətdə yanlış təsəvvürlərin yaradılmasına səbəb olub. Bu da məni həmin maraqlı şəxslərə qarşı qanunvericiliyin tam gücü ilə hüquqi tədbirlər görməyə məcbur edir".

O qeyd edib ki, hər hansı formada ictimaiyyətə təqdim olunmuş bu məlumatlar məqsədli şəkildə və cinayətkarcasına saxtalaşdırılmışdı.

Tarix
2016.01.25 / 15:37
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Məmmədyarov-Nalbəndyan görüşü: İrəvan inamlı təkliflə gəlir

Putin getsə, Rusiya siyasəti dəyişəcək? – Kuznetsov

İrəvan qarışıb: Sərkisyan hakimiyyətdən gedə bilər

Çörək ermənilər üçün Qarabağdan şirindir – Zahid Oruc

ABŞ təklənir: İran qərbdə böyük üstünlük qazanır

ABŞ Afrin əməliyyatına mane olacaqmı? - Analitik

Sani Türkiyədə: Qətər vəziyyətdən çıxmaq üçün...

Bakıdan Lavrovun Qarabağ açıqlamasına - Münasibət

Deputat alimlərə hirsləndi: İndi hamımız “qəşənk” olacağıq?

İlham Əliyev: Sabah Bakı-Sofiya marşrutu ilə...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla