Yuxarı

Nazir ATƏT-lə Qarabağdan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının sədrinin müavinləri Georgi Sereteli və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın və digər rəsmilərin daxil olduğu nümayəndə heyətini qəbul edib.

Axar.az XİN-in saytına istinadən xəbər verir ki, görüşdə ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinin yolları müzakirə edilib, tərəflər arasında konstruktiv dialoq və anlaşma ruhunda yeni mərhələdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb, münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğu qeyd olunub.

E. Məmmədyarov beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə uyğun olaraq münaqişənin həlli ilə əlaqədar bütün beynəlxalq təşkilatların töhfəsinin və rolunun təqdir edildiyini bildirib. O, ərazi bütövlüyünün pozulması kimi həssas və ciddi məsələnin beynəlxalq təşkilatların gündəliyinə çıxarılmasının hər bir dövlətin suveren hüququ olduğunu nəzərə çatdırıb.

Nazir ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud "status-kvo"nun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. E. Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.

Parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edən E. Məmmədyarov ölkəmizin bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

ATƏT Parlament Assambleyasının sədri İ. Kanervanın xəstəliyi ilə bağlı Azərbaycana səfər edə bilməməsini təəssüflə qeyd edən G. Sereteli 2014-cü ildə ATƏT PA-nın Bakıda illik sessiyasının yüksək səviyyədə keçirildiyini məmnunluqla xatırlayıb və Azərbaycanın fəal surətdə ATƏTPA-nın işinə töhfə verdiyini qeyd edib.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.01.25 / 20:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla