Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Fevral 2018


ANS-in çəkdiyi filmdə bu söyüşlər işlənib - MTRŞ

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurası ANS televiziyasının efirində yayımlanan "Qanlı Yanvar" bədii serialının 20 yanvar tarixində yayımlanan seriyasında xeyli qanun pozuntuları aşkarlayıb. Qeydə alınan qanun pozuntuları əsasən qeyri-etik ifadələrdən və söyüşlərdən ibarətdir.

Bunu Report-a açıqlamasında MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Şöbə müdiri qeyd edib ki, Vahid Mustafayevin çəkdiyi və ANS-in efirində yayımlanan "Qanlı yanvar" filmi ilə bağlı mediada, sosial şəbəkələrdə geniş müzakirələr gedir, serialda neqativ hallar olduğu vurğulanır: "Əlbəttə, hər kəsin öz fikri və arqumenti ola bilər. Şura olaraq filmin məzmunu və tarixi hadisələri necə əks etdirməsi ilə bağlı fikir bildirmək istəməzdik. O da nəzərə alınmalıdır ki, bu, bədii təxəyyülün məhsuludur. Lakin "Qanlı Yanvar" həssas hadisəyə, xalqın qan yaddaşına həkk olunan tarixi proseslərə həsr olunduğu üçün reaksiyalar təbiidir. Bunlara münasibət bildirmək filmi çəkənlər, müasir dövr üzrə ixtisaslaşan tarixçilər, incəsənət adamlarının işidir. Bununla belə, filmin televiziya ekranında yayımlandığını nəzərə alaraq Milli Televiziya və Radio Şurası olaraq biz də ona qanun prizmasından baxmışıq".

T.Dadaşov bildirib ki, MTRŞ filmin 20 yanvar tarixində yayımlanan bölümündə xeyli qanun pozuntuları aşkarlayıb: "Bunlar əsasən qeyri-etik ifadələr, söyüşlərdir. Məsələn:

- Двигай капытами! (Tez ol, tez ol, yanıvı tərpət!)

- Давай блядь! (Tez ol, əclaf!).

- Ay oğraş!

- Ты педа, вставай блядь! (Ey peysər, nə oturmusan?)

- Oğraş, burnumu sındırdı... (bağırır, rusca deyərək)

- Мать твое, вставай блядь! (Sənin ananı, qalx ayağa!)

- Кто cтрелял, кто? Ты блядь? (Kim atdı? Hansı it oğlu? )

- Не блядь, а голубка. (Fahişə yox, göyərçin)".

T.Dadaşovun sözlərinə görə, yanvarın 21-də saat 22.00-da efirə gedən "Qanlı Yanvar" tammetrajlı filminin yayımı zamanı da qanun pozuntularına yol verilib: "Filmdə aşağıdakı məzmunlu qeyri-etik ifadələr işlədilib.

- İndi də qəhrəman zabit tankları görüb batırıb tumuşuna.

Silah paylayan qız deyir (saat 22.40): Götürün. Silaha münasibət sevdiyiniz canaya toydan əvvəl olan münasibət kimi olmalıdır. Yəni onu özünüzlə gəzdirirsiniz, amma toxunmursunuz. Götürdüyünüz kimi gətirib anasına, yəni mənə təhvil verirsiniz. (yerdən narazılıq səsləri yüksəlir)....Yaxşı, yaxşı, bir az əlləşdirə bilərsiniz. (Gənclər gülüşürlər)".

Şöbə müdiri bildirib ki, bu hal "Televiziya və radio yayımı haqqında" qanunun 32.0.9-cu (proqramlarda milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) və "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar"ın 3.7-ci maddəsinə (ədəbsiz ifadələrdən, sözlərdən və ya jestlərdən istifadə edilən səhnələrin yayımlanması) ziddir.

T.Dadaşov qeyd edib ki, bu cür qeyri-etik ifadələrin istifadə edildiyi filmlər, ümumilikdə efir materialları saat 23.00-07.00 arası göstərilə bilər.

Tarix
2016.01.25 / 22:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ mediası Xocalıdan yazdı: “Boko Haram”ın vəhşilikləri...

Adı MSK-da, özü yox partiyalar - Siyahı

Nazirlər Xocalı şahidini ayaq üstə dinlədi - Video

DİN-dən Xoşqədəmin verilişindəki iddialara cavab: Ucuz şou...

Stalin azərbaycanlılar haqda deyirdi ki... - Akademik

Leyla Əliyevanın təşəbbüsü ilə İstanbulda - Xocalıya ədalət...

Sabir Rüstəmxanlı türkman liderlə nədən danışdı

Tələbələrin təqaüdü nə qədər artırıldı?

Bu anti-təbliğatın qarşısını almaq üçün... - Komitə sədri

Nazirlik hərbi hissələrdə tədbir keçirdi - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla