Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2017


Avropanın Ermənistana güzəştinin sirri nədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasında (AŞPA) növbəti qış sessiyasının ilk iş günü ənənəvi olaraq Büro və Daimi Komitənin hesabatı ilə başlayıb.

AzərTac xəbər verir ki, hesabat məruzəsi ilə Parlament Assambleyasının fəaliyyətini başa vuran sədr Ann Brasör çıxış etdi. Məruzə ətrafındakı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov da bir sıra mülahizələrini ifadə etdi. O, əsas diqqəti Ermənistanın Azərbaycana təcavüzü məsələsinə yönəldərək deyib: "Artıq 60-cı dəfədir ki, Azərbaycan nümayəndə heyətinin üzvü olaraq Avropa Şurasında Parlament Assambleyası Bürosunun və Daimi Komitənin inkişaf hesabatını dinləyirik. Təbii ki, hər dəfə məruzədə hansısa sevindirici nəticələrin, müəyyən irəliləyişlərin əldə edilməsi barədə məlumatlar yer alır. Lakin Avropa Şurasının nisbətən yeni üzvlərindən və gənc demokratiyalardan biri olaraq Azərbaycan hər dəfə bu hesabatlarda həm də ilk növbədə özü ilə əlaqədar taleyüklü məsələlərdə hansı nailiyyət və irəliləyişlərin olmasına diqqət yetirir. Məmnunluqla qeyd edə bilərik ki, budəfəki hesabat dövründə Azərbaycanda müstəqillik dövründə sayca beşinci parlament seçkiləri keçirildi və Avropa Şurasının da seçkiləri müşahidə missiyası həmin prosesi izləyərək öz müsbət qiymətini verdi. Lakin bizi qətiyyən məmnun etməyən başqa cəhət ondan ibarətdir ki, Ermənistanın təcavüzkar olduğunu rəsmi sənədlərində təsdiq etmiş olsa da, həmin ölkədə vətəndaşların mövcud rejimdən etirazları səngimək bilməsə də, Parlament Assambleyası yenə bu cığal, beynəlxalq qayda-qanunlara tabe olmaq istəməyən ölkəyə qarşı heyrətamiz yumşaqlığını nümayiş etdirmək xəttindən əl çəkmir. Bu, Avropa Şurasında hər kəsə bəlli həqiqətdir ki, Ermənistan ona havadarlıq edən qüvvələrin köməyi ilə 20 ildən artıqdır Azərbaycan ərazisinin 20 faizini işğal edib. Bu da başqa bir həqiqətdir ki, Avropa Şurası son 15 ildə iki üzv dövlət arasındakı münaqişənin diplomatik vasitələrlə həlli üçün heç bir həlledici addım atmayıb. Sadəcə diplomatik yolla hər dəfə yaxasını kənara çəkərək həmin məsələ ilə bilavasitə Minsk qrupunun məşğul olduğunu bəyan edib. Minsk qrupunun isə adı olub işi olmayan, sadəcə fəaliyyət görüntüsü yaradan bir süni qurum olmasını son 20 ilin müşahidələri sübuta yetirib.

Ermənistan isə öz işğalçılıq xəttini davam etdirmək niyyətindən əl çəkmir və bunu, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin müxtəlif aspektlərini açan 2 məruzənin cari sessiyanın gündəliyinə daxil edilməsi bir daha göstərir. Başqa ölkələrə qarşı sanksiyalar tətbiq etməkdə ləngiməyən Avropa Şurasının ən sərt sanksiyalara qat-qat artıq layiq olan Ermənistana qarşı belə dözümlülük göstərməsinin sirri nədədir? Olmaya Ermənistanı superdövlət hesab edərək ondan çəkinirsiniz? Axı Ermənistan bütün istiqamətlərdə, istər iqtisadi, istər siyasi baxımdan iflas içərisində olan, gündən-günə çökən bir dövlətdir.

Yeni, 2016-cı il ərəfəsində Ermənistan mətbuatında yayılan bir xəbər bu forpost dövlətə ifrat qayğıkeşliyin səbəbini müəyyənləşdirmək baxımından məni düşündürdü. Tarix elmləri doktoru, professor R.Naapetyan bir neçə həftə öncə Yerevanda mətbuat konfransı keçirərək tam ciddiyyətlə bildirib ki, ermənilər yeni ili İsa peyğəmbərin dünyaya gəlməsindən 2500 il əvvəl bayram edirlərmiş, Santa Klausa gəlincə, o da milliyyətcə ermənidir və 280-ci ildə anadan olub. Məşhur erməni aliminin bu bəyanatı qonşularına qarşı təcavüz, öz xalqına qarşı təcrid siyasəti aparan Ermənistan dövlətinin iştahaları və ambisiyaları ilə tam uyğun gəlir. Ermənistana münasibətdə Avropa Şurasının nəvazişkar davranışlarına ayrı bir məntiqə sığan izah və cavab tapa bilmədiyimə görə belə qənaətə gəlmişəm ki, yəqin "Dənizdən dənizədək Ermənistan" nağılına da, onların bu qəbil miflərinə də inanmısınız. Həmin səbəbdən də Ermənistan dövlətinin xətrinə dəymək istəmirsiniz. Belə olmasaydı, yəqin ki, terrorizmi dövlət siyasətinə çevirmiş bu ölkəyə qarşı çoxdan qəti tədbirlər görərdiniz".

Son olaraq deputat Rafael Hüseynov məruzədə bu problemlərə yer ayrılmamasını hesabatın ciddi kəsiri kimi qiymətləndirib: "2015-ci il başa çatdı. Yeni 2016-cı il gəldi və təəssüf ki, yenə Avropa Şurası Parlament Assambleyası Bürosu və Daimi Komitəsinin inkişaf haqda məruzəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar nailiyyətlərdən xəbər verən və sülh prosesinə töhfə sayılacaq hansısa irəliləyişi ifadə edən bircə cümləyə də rast gəlmədik".

Tarix
2016.01.25 / 23:22
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Sərkisyanın Qarabağ mövqeyini bölüşmürük - Barseqyan

Lavrovun Bakıya səfəri təəccüb doğurdu - Şərh

Ermənilərin Qarabağla bağlı uydurduğu “Putin planı”

İrəvanın bu şouya çox ehtiyacı var - Politoloq

Putin Qərbi Suriyada darmadağın etdi – Şərh

Millət vəkilindən həyəcan təbili: səhiyyədə…

3 ölkə mediası Bakıdan yazdı: Sabit, təhlükəsiz...

Bəzi nazirliklər ləğv edilməlidir - Zahid Oruc

SSRİ-də gizlədilən 5 şəhər – Axar TV

Prezident bu vəzifələri ləğv etdi - Sərəncam

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla