Yuxarı

Millət vəkili: “Monopoliyanı onlara verə bilərdik”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə cavabdeh olan üç dövlətin nümayəndəsi heç də problemin həllinə yönəlməyən bəyanat verdilər. Onlar problemin həllini monopoliyaya götürdüklərini iddia edirlər, sanki onlardan başqa heç kim bu məsələni müzakirə edə və həllinə çalışa bilməz.

Axar.az xəbər verir ki, bu haqda YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə açıqlama verib.

Millət vəkilinin sözlərinə görə, həmsədrlər münaqişənin həlli ilə bağlı nəticələr əldə etsəydilər, Azərbaycan ictimiyyəti bu monopoliyanı onlara verə bilərdi:

"Münaqişənin başlamasından uzun illər keçsə də, onun həlli istiqamətində hər hansı irəliləyiş yoxdur. Ermənistan torpaqlarımızı işğal altında saxlasa da, həmsədr dövlətlər onu işğalçı kimi tanımır. Eyni zamanda, problemin həllinə real dəstək verilmir. Digər beynəlxalq təşkilatlarda münaqişənin həllinə obyektiv yanaşılması nədənsə həmsədrlərdə qıcıq yaradır. Onlar iddia edirlər ki, başqa qurumların təşəbbüsləri münaqişənin həllinə maneçilik törədə bilər. Maraqlıdır, nə zamandan işğalçının öz adı ilə çağırılması, beynəlxalq hüquq normalarına əməl edilməsi problemin həllinə maneçilik törədib? Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib, ictimaiyyət nümayəndələri isə etiraz edirlər. Həmsədrlərin bu cür bəyanat verməsi Ermənistana xüsusi simpatiyalarının olduğunu ortaya qoyur, eyni zamanda, beynəlxalq hüquqa və diplomatik etikaya çox zidd addımdır".

Tarix
2016.01.26 / 11:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla