Yuxarı

“Dünya iqtisadiyyatı böhrandan çıxa bilmir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı" uğurla icra edilir.

APA-nın məlumatına görə, bunu bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşib, dünya iqtisadiyyatı böhrandan çıxa bilmir: "Davosda da şahidi oldum ki, dünya iqtisadiyyatı hələ böhran vəziyyətində qalacaq.

Azərbaycanda 2015-ci ildə nəzərdə tutulan layihələr icra edilib. Bu, böyük uğurdur. Çünki bölgəmizdə qanlı müharibələr davam edir, Avropada yeni böhran yaşanır, miqrantlarla bağlı vəziyyət gərginləşir. Evlərini, əmlaklarını itirmiş insanlar Avropaya üz tutular və onların orada nə ilə qarşılaşdıqları gözümüz önündədir. Avropada miqrant böhranı radikallığı gücləndirir".

Prezident İlham Əliyev bildirib ki, dünyada və bölgədə yaranan vəziyyət Azərbaycanı narahat edir: "Ancaq Azərbaycan 2015-ci ildə iqtisadi inkişaf tempini saxlayıb. Keçən il 20-dən çox xarici səfər etmişəm, Azərbaycana 15-dən çox xarici dövləti və hökumət başçısı səfər edib. Bu göstərir ki, dünyada Azərbaycana böyük diqqət və hörmət var. Davos forumunda da gördüm ki, ölkəmizin siyasətinə, əldə etdiyi uğurlara böyük hörmət göstərilir. Biz dövlətlər və beynəlxalq təşkilatlara qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmuşuq.

Hesab edirəm ki, 2016-cı ildə beynəlxalq təşkilatlarla münasibətlər daha da sürətlə genişlənəcək".

Tarix
2016.01.26 / 12:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla