Yuxarı

Azərbaycanda ən çoxu 10 bank qalacaq - Müsahibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az iqtisadçı-ekspert Natiq Cəfərli ilə söhbətin ikinci hissəsini təqdim edir (Əvvəli BURADA):

- Millət vəkili Zahid Oruc Energetika Nazirliyinin ləğvinin məqsədəuyğunluğunu bildirib. Bu təklifə necə baxırsınız?

- Əslində, Azərbaycanın neft-qaz dövründən sonrakı mərhələdə alternativ enerji ilə məşğul olan bir quruma ehtiyacı var. Bununla bağlı hər hansı qurum mütləq olmalıdır. Dünyada texnoloji inqilab o qədər sürətlə gedir ki, biz istəsək də, istəməsək də indi yaşadığımız neft-qaz dövründən mütləq alternativ enerjilərə keçid etməliyik. Bir müddət sonra bizim neft hasilatımız kəskin şəkildə aşağı düşəcək və ona görə də bu dövrə hazırlaşmaq lazımdır. Azərbaycanda isə həm külək, həm də günəş enerjisi üçün ideal şərait var. Məsələn, Danimarka Avropanın ən şimalında yerləşən ölkələrdən biridir və demək olar ki, günəş üzünə həsrətdir. Bu il onlar fantastik nəticə əldə etdilər. Ölkənin istehlak etdiyi elektrik enerjisinin 71%-i alternativ mənbələrdən əldə olundu. Hətta günəş enerjisi ilə bağlı yeni texnologiyalar yaranır. Bu yaxınlarda İsrailin təqdimatı oldu. Enerjinin əldə olunması üçün artıq heç bir panelə ehtiyac olmayacaq. Bunun üçün yeni nano boyalar yaranıb. Bu, günəş enerjisinin maya dəyərini çox ucuzlaşdıracaq. Məsələn, əvvəllər günəş enerjisinin 1 kilovatı 20 sentə başa gəlirdisə, indi bu rəqəm 1,6 sentə düşüb. Ona görə də Energetika Nazirliyinin adını dəyişdirib, nə qoyursunuz-qoyun, lakin bunun siyasəti ilə məşğul olan quruma ehtiyac var. Bu qurum böyük olmamalıdır. Burada söhbət mütəxəssislərdən və beyin mərkəzindən gedir. Burada 50-60 nəfərlik bir kollektiv olmalıdır ki, onun strategiyasını hazırlasın. Məsələn, Türkiyə də alternativ enerjiyə keçidlə bağlı gecikdi, amma son 3-4 ildə böyük nəticələr əldə edir. Antalya, Egey bölgəsində dövlət təşviq proqramları var idi. Damına günəş batareyası quraşdırmaq istəyən Türkiyə vətəndaşına faizsiz kredit verilir. Bu tip proqramlar Avropada da var. Azərbaycanda da belə bir proqrama ehtiyac hiss olunur. Bunu strategiyasını hazırlayan bir qurum olmalıdır. Bu, nazirlik və ya onun tərkibində hansısa qurum da ola bilər.

- Prezident son müşavirədə geniş özəlləşmədən danışdı. Hətta bəzi ekspertlər bir sıra dövlət şirkətlərinin özəlləşdiriləcəyini söylədilər. Sizcə, əgər bu proses başlayarsa, həmin şirkətlərdə pay bölgüsü necə həyata keçiriləcək?

- Əslində, dünyada qəbul edilən bir model var: dövlət iqtisadiyyatda pis menecerdir. Dövlətin dominant rol oynamağa başladığı ölkələrdə iqtisadi effektivlik aşağı düşür. Məsələn, SSRİ bunun əyani sübutudur. Dövlət o zaman iqtisadiyyatda yeganə hegemon oyunçu idi və bunun da nəticəsində çox qeyri-effektiv bir iqtisadi model quruldu. Özəlləşdirmə olmalıdır, lakin burada çox ciddi məsələlərə önəm verilməlidir. SOCAR Azərbaycanda ən sonda özəlləşdirilməsinə ehtiyac olan qurumdur. Çünki istəsək də, istəməsək də Azərbaycan iqtisadiyyatının lokomotivi SOCAR-dır. İlkin mərhələdə Azərsu, Azərenerji, AZAL, Xəzər Dəniz Gəmiçiliyi kimi dövlət şirkətləri özəlləşdirilə bilər. Sinqapur rəhbərliyi "Sinqapur Eyəlaynsı" "start ap" kimi yaratdı və daha sonra özəl şirkətlərə verdi. Hazırda bu şirkət dünyanın 5-ci ən böyük aviakompaniyasıdır. Azərbaycanda təəssüf ki, rəsmi milyonçu yoxdur. Əgər yoxdursa, özəlləşmədə kim iştirak edəcək? Bu məsələdə əsas hədəf xarici investor olmalıdır, çünki ölkənin dollara ehtiyacı var. Xarici investorun ölkəyə gəlməsi üçün özəlləşmənin elan edilməsi kifayət etməyəcək. Özəlləşmə ilə bərabər güvən mühitinin yaranması vacibdir. Bunun üçün isə iqtisadi məhkəmələr yaradılmalıdır. Bu, Cənubi Koreya, Sinqapurda olub və indi də ondan Qazaxıstan istifadə edir. Bu, sırf investorlarla məşğul olan xüsusi məhkəmə sistemi olacaq. İnvestor bilməlidir ki, onun bütün hüquqlarını o məhkəmə qoruyacaq. O məhkəmənin başında da çox vaxt xarici vətəndaş olur. Məsələn, Qazaxıstan belə bir şəxsi Böyük Britaniyadan dəvət etdi. Həmin şəxs Britaniya Ali Məhkəməsinin üzvü olub və təqaüdə çıxdıqdan sonra Astana onu ölkəyə dəvət edib. Qazaxıstanın iqtisadi məhkəmələrindəki bütün hakimlər də ingilislərdir. Sinqapur da 60-cı illərdə bu yolu getdi. Mən demirəm ki, Azərbaycan da bu yolu getsin. Bizdə kifayət qədər savadlı və xaricdə təhsil almış hüquq mütəxəssisləri var. Sadəcə, bunu sistemə salmaq lazımdır. İnvestorun bir psixologiyası var, o heç vaxt siyasətlə maraqlanmır. İnvestoru maraqlandıran şeylər onun investisiyasının və mülkiyyətinin təhlükəsizliyidir. İnvestisiya istəyiriksə, kapital dövriyyəsini liberallaşdırmalıyıq. Bunun yolları çox sadədir. Birinci addım kimi xarici banklar Azərbaycana dəvət edilməlidir. Bu çox vacibdir. Ona görə ki, yaxın zamanlarda bank sektorunun yarıdan çoxu sıradan çıxacaq. Orada minlərlə işçi işsiz qalacaq. Qoy həmin şirkətlər gəlib, o işçiləri qəbul etsinlər. Bu zaman onların maaşları çox olacaq, hətta verilən kreditlərin faiz dərəcələri də aşağı düşəcək. Məsələn, "Bank of Amerika"nın kapitallaşması 400 milyard dollardır. Bu bank Azərbaycanda 5% kreditlə çox rahat çalışa bilər. Çünki ABŞ-da 1, Avropada isə 2,5%-lə işləyir. Əgər "Bank of Amerika" bilsə ki, Azərbaycanda 5%-lə kredit vermək olar, o zaman bura uça-uça gələr. Sadəcə bunun ölkəyə gətirilməsi üçün təşviq proqramlarına ehtiyac var. Tiflis artıq bunun bəhrəsini dərir. Gürcüstanda biznes kreditləri 4-5%-dir. Ölkədəki istehlak kreditləri 8%-i keçmir. Burada bir-birini tamamlayan addımlar olmalıdır ki, həm investoru cəlb edə bilək, həm özəlləşdirməni aparaq, həm idarəetmənin effektivliyini artıraq, həm də büdcəmizə pul toplayaq. Biz özəlləşməni ona görə etmək istəyirik ki, büdcədəki problemlərin bir hissəsini həll edək. Bunun həlli üçün isə özəlləşmədə mütləq xarici investor çalışmalıdır. Bizim investor həmişə uzağı yox, yaxını düşür. Ölkədəki tikinti bumunun səbəblərindən biri də budur. Biz investoru cəlb etməliyik ki, nə isə burada istehsal etsin və bizə qalsın.

- Rəsmi mediada bəzi rayonlarda, bölgələrdə azad ticarət zonasının yaradılması haqqında fikirlər səslənir. Bunun mahiyyəti nədir?

- Məncə, Azərbaycanın özünü bütövlükdə azad ticarət zonası etməliyik.

- Xarici bankların ölkəyə gəlişi yerli banklar üçün problem yaratmayacaq ki?

- Bu rəqabətdir. Bazar iqtisadiyyatının gözəlliyi və çətinliyi də budur. Rəqabətdə kim sağ qaldı, qalib odur. Azərbaycanda 42 bank var idi və xarici investor gəlməsə belə onun yarıdan çoxu sıradan çıxacaq. Xarici investorun gəlməsi rəqabətlilik və yerli bankların menecmentini artıracaq, onların təmərküzləşməsinə gətirib çıxaracaq. Mərkəzi Bankın rəhbəri də dedi ki, bu qaçılmazdır. Bu çoxdan olmalı idi. Azərbaycanda ən yaxşı halda təqribən 10 yerli bank qalacaq. Bu banklar da xarici banklarla rəqabət apara biləcəklər.

- Bir də Beynəlxalq Bank var. Burada əsas pay sahibi dövlətdir. Ən böyük banklarımızdan olan Beynəlxalq Bankın effektivliyinin artırılması üçün dövlət bu bankı da özəlləşdirməyə çıxara bilərmi?

(Ardı var)

Tarix
2016.01.27 / 09:09
Müəllif
İlkin-İlham
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla