Yuxarı

“AŞPA-nın bu qərarı Qarabağ prosesini çətinə saldı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Robert Uolterin (Böyük Britaniya) "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" hesabatı əsasındakı qətnamənin qəbul edilməməsi sülh prosesi ilə bağlı vəziyyətin mürəkkəbləşməsindən xəbər verir.

Bu barədə Axar.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirib.

"Bu sənədin əsas mahiyyəti ondan ibarət idi ki, beynəlxalq hüquq normalarını kobud surətdə pozan və Azərbaycanda etnik təmizləmə həyata keçirən, mülki əhalini qətlə yetirən və Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək istəməyən Ermənistanın əməli açıq-aşkar göstərilirdi. Bu sənəd məhz beynəlxalq hüquq normasına dəstək verməklə münaqişənin sülh yolu ilə həllinə kömək edə bilərdi. Robert Uolterin hesabatı əsasındakı qətnamənin qəbul edilməməsi böyük təəssüf doğurur. Bu onu göstərir ki, işğal olunmuş ərazilər və sülh prosesi ilə bağlı vəziyyət daha da mürəkkəbləşir".

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində bu gün "Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri" qətnaməsi 98 lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib (40 deputat bitərəf qalıb), Robert Uolterin (Böyük Britaniya) "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" qətnaməsi isə 70 əleyhinə, 66 lehinə olmaqla (45 nəfər bitərəf) qəbul edilməyib.

Tarix
2016.01.27 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla