Yuxarı

AMEA da islahatlar: bu institutlar birləşə bilər - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AMEA prezidenti Akif Əlizadə qurumun bəzi institutlarının birləşdirilməsi, laboratoriyalarının isə universitetlərə verilməsinin mümkünlüyünü dilə gətirib.

Məsələ ilə bağlı AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli Axar.az-a bildirib ki, hazırda akademiyada paralelliyin aradan qaldırılması istiqamətində işlər gedir:

"Akademiyada ixtisarlar istiqamətində işlər aparılıb. 2015-ci ilin dekabrında Akademiyanın 4 müvafiq qurumu ixtisar olunub. Bunlar bir çox mərkəzlər və Dünya Siyasəti İnstitutu idi. Hazırda Akademiyada paralelliyin aradan qaldırılması, oxşar qurumların fəaliyyətinin əlaqələndirilməsi, lazım olanda yaxınlaşdırılması istiqamətində işlər gedir. Amma hələ ki, institutların bağlanması üçün konkret addım atılmayıb. Düşünürəm ki, Akif müəllimin verdiyi bəyanat institutların bağlanması yox, onların daha yığcam şəkildə, artıq ştatlarının aradan qaldırılması, zəruri şöbələrinin fəaliyyətinin təmin edilməsi mənasında ifadə olunub".

Qeyd edək ki, hazırda akademiyanın rəsmi saytında AMEA-nın 7 bölməsi və bu bölmələrin 34 institutunun olduğu göstərilib. Ləğv edilən Dünya Siyasəti İnstitutunu çıxsaq, hazırda akademiyanın 33 institutu var.

Bəs hansı institutların birləşdirilməsi daha çox effekt verə bilər?

Siyahıya nəzər saldığımızda İdarəetmə Sistemləri İnstitutunun (keçmiş adı Kibernetika – red.) İnformasiya Texnologiyaları İnstitutuna birləşdirilə biləcəyini görmək olar.

Radiasiya Problemləri İnstitutu isə Fizika İnstitutuna birləşdirilə bilər.

Akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Akad. Ə.Quluyev adına Aşqarlar Kimyası İnstitutu və Polimer Materialları İnstitutunun Akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu adı altında birləşdirilə biləcəyini demək olar.

Geologiya və Geofizika İnstitutunun isə Akademik H.Əliyev adına Coğrafiya İnstitutuna birləşdirilməsi mümkündür.

Botanika İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Eroziya və Suvarma İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Mikrobiologiya İnstitutu və Dendrologiya İnstitutunun (ağac və kol bitkilərini öyrənən sahə - red.) bir ad altında birləşməsi doğru olardı.

Əlyazmalar İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu və Elm Tarixi İnstitutunun Tarix İnstitutuna, Folklor İnstitutunun isə Ədəbiyyat İnstitutuna birləşdirilməsi də məqbuldur.

Fəlsəfə və Hüquq İnstitutu ilə İnsan Hüquqları İnstitutunun, Qafqazşünaslıq İnstitutu ilə isə Şərqşünaslıq İnstitutunun birləşdirilməsi düzgün addım olardı.

Tarix
2016.01.28 / 16:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla