Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2017


Prezidentin sərt mövqeyi ilə bağlı reportaj - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV kanalında yayımlanan Səhər verilişində Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda etdiyi çıxışla bağlı reportaj hazırlanıb.

"Məmurların özbaşınalığı prezidentin diqqət mərkəzindədir. Prezident dəfələrlə çıxış etdiyi toplantılarda "məmurlar xalqın xidmətçisidi" deyərək öz sərt mövqeyini bildirib. Bilən düz yola gəldisə, bilməyən də özünün layiqli ünvanına çatdı...

Neftin qiymətinin yüksələn xətt üzrə inkişafı, böyük məbləğdə valyuta axını və bütün bunların fonunda bəzi məmurların xalqdan uzaqlaşması, ciddi şəkildə təbəqələşməni şərtləndirmişdi. Hətta o səviyyədə ki, bütün hallarda üstdən aşağı baxan məmur balalarının özbaşınalığı ölkənin birinci şəxsinin müzakirə predmeti olmuşdu. Prezident dəfələrlə kəskin şəkildə bəyan etmişdi ki, xalqın xidmətçisi olan məmurların, məhz xalqı xidmətçi gözündə görən ailə üzvlərinin hərəkətləri bağışlanmayacaq.

Bağışlanmadı da…

Öz postunu övladına görə itirən məmurların cəzalandırılması, uzaq keçmiş deyil, hətta keçməyib…

Cənablar, indi "get kimə deyirsən, de" ifadəsi aktual deyil və ya birbaşa məmurun əleyhinə işləyən çılğınlıqdır.

Avropa Oyunlarındakı prezident-xalq yaxınlaşması, hətta selfi çəkdirmək səviyyəsindəki bu yaxınlıq, sadə vətəndaşla birincinin arasındakı məsafənin nə qədər az olduğunu göstərdi. Vətəndaş bu yaxınlığın fonunda ən iri məmurlarla arasındakı böyük baryeri çılpaqlığı ilə gördü. Ən xırda işləri belə öz ətrafına həvalə edən böyük təsir rıçaqlarına malik məmurlar törəmə şirkətləri vasitəsi ilə büdcədən ayrılan pulları sağ əlindən sol əlinə ötürməklə, iş qabiliyyətinə malik orta təbəqəni tamami ilə neytrallaşdırdı. Nəticədə nə baş verdi? O baş verdi ki, savadı, iş qabiliyyəti bu prosesləri həyata keçirməyə imkan verməyən məmur qohumları indi onların potensial təhlükə mənbəyidir. Yəqin xəbəriniz var, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bəzi icra hakimiyyətlərində korrupsiya halları aşkarlanıb. Məlum olub ki, dövlət tərəfindən ayrılan vəsaitlər düzgün istifadə olunmayıb, büdcə vəsaitlərinin təyinatı dəyişdirilib, əməkhaqqının hesablanılması zamanı əlavə və artıq ödənişlərə yol verilib. Gözlənilir ki, prezident yaxın vaxtlarda əhalini daha çox narazı salan icra başçıları haqda ciddi cəza tədbirləri görəcək. Prezident çox ciddi şəkildə buna işarə etdi:

Cənablar, itirilmiş ümid boşuna yaşanan ömür deməkdir. Sonda ölməli olan bu hissə heç kimin toxunmağa haqqı yoxdur. Əksinə, praqmatik baxış daha sağlam gələcək vəd edir.

Qeyd edək ki, prezidentin çıxışında diqqəti cəlb edən məsələlərdən biri də onun ixtisarları dayandırmaq barədə çağrışı oldu. Bu da təbii ki, oliqarx məmurlara işarə idi. Məsələ ondadır ki, neftin düşməsindən və 2-ci devalvasiyadan sonra müəyyən dərəcədə maliyyə problemləri ilə üzləşən şirkətlər ixtisarlara başlayıb. Özü də ixtisarların ən cox oliqarx məmurların və ya onlara yaxın şəxslərin şirkətlərində aparıldığı deyilir. Görünən mənzərə bilirsiz nədir? Çox ciddi islahatlar gedir, sanki hər şey yenidən qurulur...

Ötən gün ciddi bir addım atıldı. Prezidentin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq, Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixindən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul etdi. Atılan addımların nəticəsizliyinə köklənən şəxslər bunun təsirini mütləq, həm də həmən görəcəklər".

Tarix
2016.01.28 / 18:09
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Bakının daha bir diplomatik həmləsi - Qarabağ forumu

Putin imkan vermir: Ərdoğanın Qarabağ etirafı…

İrəvan İkinci Aprelə hazır olmalıdır – Politoloq

Qərb Türkiyəyə qarşı bu tərbiyəsizliyi də etdi

Paşayeva Mekkavini Bakıya dəvət etdi - Foto

İlham Əliyev 3 deputatı mükafatlandırdı

Hədəf Ərdoğan yox, Türkiyədir – NATO qalmaqalı

Təhlükə: Türkiyə bu məqamlarda ciddi səhv edir - Politoloq

Putinin Qarabağ ümidsizliyinin əsas - Səbəbi

İrəvan çətin durumda: İran da prosesə qoşulur

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla