Bu gün Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,
millət vəkili Adil Əliyev LAYF Xeyriyyə İctimai Birliyinin qonağı
olub.
Axar.az xəbər verir ki, görüşdə LAYF birliyinin cəmiyyətdə
gördüyü xeyriyyəçilik işlərindən danışılıb və qarşıda Azərbaycan
Kikboksinq Federasiyası ilə birgə bir sıra xeyriyyə tədbirlərinin
həyata keçirilməsi müzakirə olunub.
LAYF İctimai Birliyi könüllü qan donorluğunun təbliğatında önəmli
layihələrə imza atmış qeyri-hökumət təşkilatıdır. Birliyin
qurucuları Mustafa Abbasbəyli və Emil Vəliyev Azərbaycan Kikboksinq
Federasiyası ilə əməkdaşlıq etməkdən məmnun olduqlarını qeyd edib,
birlikdə daha böyük layihələrə imza atmaq arzusunda olduqlarını
bildiriblər.
Xatırladaq ki, təşkilatların əməkdaşlığı nəticəsində qanvermə
aksiyası, "Qan Donorları Arasında 1-ci Açıq Futbol Çempionatı" kimi
bir sıra önəmli xeyriyyə tədbirləri həyata keçirilib.