Yuxarı

Millət vəkilindən AŞPA iclasına etiraz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında beynəxalq terrorizmə qarşı mübarizə məslələrinə həsr edilən 2 məruzənin müştərək müzakirəsi zamanı bu qurumda bəzi şəxslərin qərəzli və qeyri-obyektiv yanaşmaları, ikili standartlarla işləməsinin bariz nümunəsi olan hadisə baş verib.

Gün.Az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrə qatılaraq əvvəlcə terrorizmin bütün dünya üçün qorxu törədən bəla olduğunu vurğulayaraq, bu mərəzə qarşı mübarizənin hamılıqla, bir-birinə dəstək olaraq aparılmasından bəhs edib.

R.Hüseynov daha sonra beynəlxalq terrorizmin mühüm tərkib hissəsi olan erməni terrorizminin dünyaya yayılmış şəbəkəsi və onların ayrı-ayrı qanlı cinayətləri barədə konkret faktları dilə gətirib.

Lakin R.Hüseynov nitqini sona çatdırmağa az qalmış deputatımıza çıxış üçün ayrılmış vaxtın hələ tamamlanmamasına baxmayaraq, iclası həmin anda idarə edən AŞPA vitse-prezidenti, Niderland nümayəndə heyətinin rəhbəri Ria Oomen Ruijten onun sözünü kəsərək bu danışılanların mövzuya dəxli olmadığını bildirib.

R.Hüseynov vitse-prezidentin bu tənqiqi fikirlərə dözümsüzlüyünə dərhal etiraz edərək ayrılan vaxt içərisində düşüncələrini ifadə etməyin onun hüququ olduğunu, digər tərəfdən də iradı qəbul etmədiyini, birbaşa mövzuya aidiyyəti olan məsələlərdən bəhs etdiyini bildirib.

O, mikrofonu söndürsə də, azərbaycanlı deputatı susdura bilməyib.

R.Hüseynov belə hərəkətlərin insan hüquqlarına, Avropa Şurası prinsiplərinə zidd olduğunu söyləyərək iclası belə idarə etməyin Nizamnamə tələblərinə əks getdiyini bəyan edib:

"Mənim sözümü yarımçıq kəsməyə sizin haqqınız yoxdur. Biz buradan həqiqətləri ifadə edirik. Heç kəsin subyektiv mülahizələrlə bizə mane olmaq ixtiyarı yoxdur".

İclasla bağlı nəşr edilən rəsmi stenoqramda bu qarşıdurma müəyyən qədər yumşaldılsa da, hər halda əksini tapıb.

Azərbaycanlı deputat baş vermiş hadisənin ikili standartların, ermənipərəst mövqeyin təzahürü olduğunu nəzərə alaraq və gələcəkdə bu qəbil əyintilərin qarşısının alınması məqsədi ilə geniş şikayət məktubu ilə Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqpramuna və Avropa Şurasının Baş katibi Turbyorn Yaqlanda müraciət edib.

Avropa Şurası rəhbərliyi R.Hüseynovun müraciəti ilə tanış olduqdan sonra onu Prezident Komitəsinin növbəti toplantısında müzakirə edərək müvafiq qərar çıxarmağı qət edib.

R.Hüseynovun AŞPA vitse-prezidenti ilə bağlı müraciətində deyilir:

"Assambleyasının plenar iclasında "Avropa Şurasının standartları və dəyərlərini qoruyaraq beynəlxaıq terrorizmə qarşı mübarizə" və "Suriya və İraqda əcnəbi döyüşçülər" adlı iki məruzənin birgə müzakirəsi zamanı iclasa sədrlik edən xanım Ria Oomen Ruijten tərəfindən Avropa Şurasının norma və prinsipləri kobud şəkildə pozulmaqla mən açıq təhqirə məruz qoyulmuşam.

Qəbul edilmiş qaydalara müvafiq olaraq ayrılmış 3 dəqiqə ərzində bilavasitə müzakirə edilən mövzular ətrafında fikirlərimi ifadə edərkən xanım Ria Oomen Ruijten kobud şəkildə sözümü kəsmiş və mənə nitqimi başa çatdırmağa imkan verməmişdir.

Xanım Ria Oomen Ruijten belə bir addımı atmaq üçün açıq saxtakarlıq edərək guya mənim mülahizələrimin müzakirəyə çıxarılmış mövzu ilə əlaqədar olmamasını bəhanə gətirib. Mən həqiqətə zidd olan belə bir qeyri- real əsaslandırmanı qətiyyətlə rədd edirəm və Assambleyada mikrofonsuz olsa da dərhal bu fikrimi bildirmişəm.

Mən müzakirənin mahiyyətinə tam uyğun olaraq terrorizmin bütün bəşəriyyət üçün təhlükə olması, ona qarşı mübarizənin hamı tərəfindən birgə aparılmasının zəruriyyətindən bəhs etdikdən sonra beynəlxalq terror şəbəkəsində xüsusi qorxulu yeri olan erməni terrorizmi ilə bağlı konkret faktları sadalamışam.

Ayrıca vurğulayıram ki, həm də mən Ermənistan- Azərbaycan münaqişəsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi, saysız nümunələri olan müdhiş terror əməllərindən deyil, erməni terrorizminin dünya miqyasındakı dəhşətli cinayətlərindən, konkret olaraq Fransada həyata keçirmiş olduğu terror aktı barədə məlumat vermişəm.

Xanım Ria Oomen Ruijtenin məndən az sonra söz alan Azərbaycan nümayəndə heyətinin digər üzvünün də bilavasitə mövzu ilə bağlı çıxışını yenə beynəlxalq erməni terrorizmi probleminə toxunulunca kobud şəkildə yarımçıq kəsməsi artıq bunun tendensiya səciyyəsi daşıması, xüsusi gizli məqsədlərə xidmət edən qərəzli bir hərəkət olması nəticəsini çıxarmağa imkan verir.

Xanım Ria Oomen Ruijten ona verilmiş səlahiyyət və imkandan subyektiv şəkildə, həm də qaba bir tərzdə istifadə edərək açıq şəkildə erməni təəssübkeşliyi nümayiş etdirmiş və ən təəccüblüsü də budur ki, əslində Ermənistanın və ermənin xalqının deyil, ümumi düşmənimiz olan beynəlxalq erməni terrorizminin müdafiəçisi və lobbiçisi kimi çıxış edib.

Bütün bunları nəzərə alaraq bəyan edirəm: Belə bir davranış Avropa Şurasının qəbul edilmiş norma və prinsiplərinə, davranış normalarına, bütövlükdə, insan hüquqlarına daban-dabana ziddir. Nəyi demək olar, nəyi demək olmaz kimi yanaşma atrıq açıq şəkildə Avropa Şurasında bilvasitə siyasi senzuranın tətbiqi deməkdir və uğrunda mübarizə apardığımız demokratiya ölçülərinə tam zidd olan belə halların ortya çıxması çox təhlükəlidir.

Bu, Avropa Şurası tribunasından rəsmi vəzifə və səlahiyyət sahibinin, indiki halda konkret olaraq xanım Ria Oomen Ruijtenin açıq lobbiçilik etməsi nümunəsidir və bu biabırçı cəhdin mütləq siyasi qiyməti verilməlidir. Xanım Ria Oomen Ruijtenin tam ədalətsiz, qeyri-obyektiv, qanuna zidd olan əməlini müdafiə edən kimlərsə tapılarsa, bu özünüifşaya çevriləcək, onların da eyni şübhəli və təmiz olmayan xəttə xidmət etdiklərini nümayiş etdirəcək.

Ali məqsədi insan hüquqlarını qorumaq olan bir təşkilatda bu hadisə ən yüksək səviyyədə həyata keçirilmiş insan haqlarına hörmətsizlik nümunəsidr və bir fərd, bir deputat olaraq mən belə haqsızlıq və həqarətə dözə bilmərəm. Mən 15 il üzvü olduğum və ümumi işinə ürəkdən xidmət etdiyim, tərəqqisinə mümkün töhfələrimi verdiyim təşkilatda qanuni haqlarımın belə təhqiramiz şəkildə pozulmasına ən kəskin etirazımı bildirirəm.

Mən xanım Ria Oomen Ruijten Avropa Şurasının norma və prinsiplərini, qəbul edilmiş Nizamnamə tələblərini pozduğuna, məni açıq şəkildə təhqir etdiyinə, kobud formada hüquqlarımı tapdaladığına görə dərhal rəsmi şəkldə üzr istəməsini tələb edirəm.

Belə bir qanunazidd hərəkətə yol vermiş xanım Ria Oomen Ruijtenin bundan sonra AŞ PA iclaslarını idarə etməsini ziyanlı, məqsədəuyğun olmayan hal hesab edirəm..."

Tarix
2016.01.28 / 22:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla