Yuxarı

Əli Həsənov 3 rayonun nümayəndələri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Zəngilan, Qubadlı və Şuşa ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Axar.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin saytına istinadən xəbər verir ki, Ə. Həsənov görüşün dövlət başçısının tapşırığına əsasən təşkil olunduğunu bildirib.

Prezident İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısından danışan Ə. Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlər üçün son 12 ildə respublikanın 30-dan çox şəhər və rayonunda sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bu yaşayış məntəqələrində 150 ümumtəhsil, 7 musiqi və incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 50 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi və 2 olimpiya idman kompleksi tikilib. İndiyədək 49 min qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

O qeyd edib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 286 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 5 milyon manat güzəştli kredit verilib. Nəticədə 356 yeni iş yeri yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 12 ildə 75 faizdən 12 faizədək azalıb.

Milli Məclisin deputatı Flora Qasımova məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışıb, Şuşa rayonundan məcburi köçkün Məhəmməd Hacıyev, Qubadlı rayonundan məcburi köçkün Təranə Şahmuradova, Füzuli rayonundan məcburi köçkün Natiq Süleymanzadə və başqaları isə dövlət başçısının dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və digər antiböhran tədbirlərindən razılıqlarını bildiriblər.

Baş nazirin müavini Zəngilan, Qubadlı və Şuşa rayonlarından olan məcburi köçkünlərin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb.

Tarix
2016.01.29 / 20:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla