Yuxarı

Azərbaycana viza tətbiq olunarsa… - Rəsmi açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rus jurnalistlərə açıqlamasında iki ölkə arasında viza rejiminin mümkün tədbiqi barəsindəki sualı cavablayarkən, ölkəmizin buna hazır olduğunu bildirib. O, eyni zamanda Rusiyanın bu məsələni qaldıracağı təqdirdə Azərbaycan tərəfinin qısa zamanda baxıb qərar verəcəyini də qeyd edib.

Viza rejiminin mümkün tədbiqi ilə bağlı "Axar.az"ın sualını Xarici İşlər Nazirinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev cavablandırdı:

Bizim öz siyasətimiz var

"İstər Rusiya, istərsə də başqa bir dövlət olsun, fərqi yoxdur, istənilən halda verilən təklifə Azərbaycan tərəfi baxıb, dəyərləndirəcək. Onu da deyim ki, Rusiyadan bizə belə bir təklif olunmayıbsa, hansısa nəticə barəsində danışmaq bir az qeyri-ciddi görünür. Qaldı ki Rusiyanın son günlər Azərbaycana təzyiqlər etdiyi barəsində gedən xəbərlərə, bunlar əsassızdır. Rusiya bizə heç bir təzyiq etmir. Bizim öz müstəqil siyasətimiz var və bu siyasəti öz maraqlarımıza uyğun yürüdürük".

Viza tətbiqi Azərbaycan üçün təhlükədir

Politoloq Fərhad Mehdiyev isə hesab edir ki, iki ölkə arasında viza rejimin tədbiqi Azərbaycan üçün təhlükə yaradacaq:

"Viza rejiminin olması Azərbaycana xeyir verməz. Onu da qeyd edim ki, mənşə, bir də gedilən ölkə var. Mənşə ölkə Azərbaycandır və bunun tədbiqi bizim üçün təhlükədir. Rusiya gedilən ölkədir və Rusiyadan da bura çox az sayda insan gəlir. Amma viza rejimi fərqli, yəni bu sadələşdirilmiş də ola bilər. İstənilən halda viza rejimin tədbiqi ölkəmiz üçün ziyanlı olacaq. İnsanlarda belə bir düşüncə var ki, Rusiyayla viza rejimi tədbiq olunsa, ora getmək çətinləşəcək və nəticədə ölkədə sosial problemə gətirib çıxaracaq. Amma bunun sosial partlayışa səbəb olacağına inanmıram, çünki hökumətin əlində kifayət qədər vəsait var ki, bunu qarşısını ala bilsin. Polad Bülbüloğlu viza rejimi haqda danışanda da bunu nəzərdə tuturdu. Çünki başqa cür ola da bilməz: hökumət buna məcbur olacaq və əlində olan resusları sosial problemlərin həllinə yönəldəcək".

Tarix
2013.11.02 / 15:09
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla