Yuxarı

Rusiyada döyülən 14 yaşlı azərbaycanlı ilə bağlı rəsmi məlumat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfirliyi dünən Zelenoqrad şəhərində 14 yaşlı əlil məktəblinin döyülməsi faktı ilə bağlı məlumat yayıb.

Səfirlik mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumatda, 1999-cu il təvəllüdlü Kazımov Rövşən Müzəffər oğlunun noyabrın 1-də 12 nömrəli sərnişin avtobusunda qəddarcasına döyüldüyü bildirilib.

Qeyd olunur ki, avtobusun sərnişinlərindən biri yeniyetmənin ünvanına onun qeyri-slavyan görkəmli olması ilə bağlı təhqiredici ifadələr səsləndirib: "Bu zaman fiziki cəhətdən məhdud imkanları olan yeniyetmə ona cavab qaytarıb. Həmin sərnişin yeniyetməni döyməyə başlayıb və onun başına və bədəninə zərbələr endirib. Bu zaman avtobusda olan sərnişinlərdən yalnız Aqafonova Tatyana Anatoliyevna yeniyetmənin döyülməsinə reaksiya verib.Qalan sərnişinlər isə bu hadisəni görməməzlikdən gəliblər. Tatyana sərnişinləri yeniyetməni xuliqanın əlindən almağa köməyə çağırsa da, heç kəs köməyə gəlməyib. Tatyana qışqırmağa və polisi yeniyetmənin müdafiəsinə çağırmağa başlayanda, xuliqan yeniyetməni vurmağı dayandırıb. Xoşbəxtlikdən sürücü avtobusu düz polislərin yanında saxlayıb və polislər hadisəyə müdaxilə ediblər".

Bildirilir ki, hadisədən xəbər tutan səfirliyin əməkdaşları noyabrın 2-də həmyerlimizi Morozovski uşaq xəstəxanasında tapıblar: "Müəyyən olunub ki, Kazımov Rövşən Müzəffər oğlu məlum hadisə nəticəsində kəllə beyin və göz travması alaraq həmin xəstəxanaya yerləşdirilib. Onun gözdən əlil olduğu və gözdən əlillər üçün xüsusi məktəbə təhsil aldığı da məlum olub. Səfirliyin əməkdaşı yeniyetmə ilə söhbət edblər, hadisənin təfərrüatları barədə məlumat əldə ediblər. Yeniyetmənin anası Kazımova Aygün Yusif qızı ilə söhbət zamanı onların 10 ilə yaxın müddətdə Zelenoqrad şəhərində yaşadıqları və məlum hadisə nəticəsində onun görmə qüsurlu olan oğlunun görmə qabiliyyətinin başına aldığı çox saylı zərbələr nəticəsində 1 faizə düşdüyü məlum olub. Anası oğlunun görmə qabiliyyətini tamamilə itirdiyini bildirib".

Məlumata görə, Azərbaycanın Rusiyadakı səfirinin tapşırığı ilə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi Rusiya DİN-dən olan həmkarları ilə əlaqə yaradıb və məlum hadisə barədə onları məlumatlandıraraq hadisənin səfirliyin nəzarətində olduğunu bildirir: "Bu gün səhər saatlarında Rövşən Kazımov həkimlərin icazəsi ilə Şelenoqrad şəhərinin Matuşkini və Savelki rayon polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə şəbəsinin müfəttişlərinə ifadə verib. Faktla bağlı araşdırmalar aparılır. Azərbaycanın Rusiyadakı səfirliyi məlum hadisəni nəzarətdə saxlayır. Azərbaycan DİN-in nümayəndəsi Rusiya DİN-dən olan həmkarları ilə daim əlaqədədir".(anspress)

Tarix
2013.11.03 / 19:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla