Yuxarı

Masallıda dəhşəti qəza: Ölən və yaralanan var - Yeniləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016.11.24. 20:04

Masallıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza bu gün saat 18.30 radələrində Masallı-Yardımlı şosesinin rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "Mercedes" markalı minik avtomobili yolun kənarı ilə gedən iki piyadanı vurub. Piyadalardan biri hadisə yerində ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəzanı törətmiş sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır, hadisə yerindən qaçmış sürücünün saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

***

Sürücüsünün şəxsiyyəti hələlik açıqlanmayan "Mersedes" markalı minik avtomobili yolu keçmək istəyən piyadaları, Cəlilabad rayon sakinləri, 1960-cı il təvəllüdlü Ziyafət Tarverdi oğlu Fərzəliyevi və 1962-ci il təvəllüdlü Nəsimi Əhmədağa oğlu Əhmədovu vurub. Piyadalardan Ziyafət Fərzəliyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, Nəsimi Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəzanı törətmiş sürücü hadisə yerindən qaçsa da, həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaxalanaraq istintaqa cəlb olunub.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Tarix
2016.11.25 / 00:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla