Yuxarı

Gəncədə qadını öldürən şəxs: Butulkayla vurdum

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə 27 yaşlı qadını qətlə yetirən şəxs istintaqa ifadə verib.

Report-un məlumatına görə, dekabrın 7-də Gəncə şəhər Adil xan Ziyadxanov küçəsi, bina 38, ev 70 də yaşayan 1989-cu il təvəllüdlü Səadət Teyyub qızı Verdiyevanın boğazını kəsərək qətlə yetirmiş Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Famil Mehman oğlu Məmmədov istintaqa ifadəsində törətdiyi cinayəti etiraf edib.

O, ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini və əməlindən peşman olduğunu bildirib. Həyat yoldaşından boşanan və 2 övlad atası olan F. Məmmədov S.Verdiyeva ilə münasibətlərinin olduğunu və hadisəni Səadətin mobil telefonuna zəng vuran şəxsin kimliyini ondan gizlətdiyi üçün qısqanclıq hissləri keçirərək törətdiyini bildirib. O, qeyd edib ki, bundan əsəbiləşərək qadını döyüb.

"Əsəbləşərək butılkayla onu vurdum, sonra boğmağa başladım. Onu boğarkən əl atıb üzümü çırırdı. Əsəblərim sakitləşmədi, boğazını bıçaqla kəsib öldürdüm. Səadətin öldüyünü gördükdən sonra isə hadisə yerindən getdim.”

Qeyd edək ki, S.Verdiyeva rəsmən subay olsa da, onun da bir ovladı var. F. Məmmədovun onun yaşadığı evə getdiyi gün qadın azyaşlı ovladını qohumunun evinə aparıb. Xatırladaq ki, baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb.

Tarix
2016.12.10 / 21:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla