Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2017


Bakıda DSK sədrinin oğlunu qətlə yetirən şəxs danışdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

V. Rüstəmov ittiham aktına münasibət bildirərək, özünü təqsirli bilib və ifadə verib.

O bildirib ki, fəhləliklə məşğul olub və öldürdüyü Fərid Abbasovun şəxsin evində elektrik xətlərinin çəkilməsində iştirak edib: "Mənə gördüyüm işə görə gündəlik 15 manat pul verirdi. İşlərim bitdikdən sonra da biz mütəmadi görüşürdük. Bir gün o mənə dedi ki, Rusiyadan və Ukraynadan it gətirməkdə ona kömək edim. Çünki mən Rusiya vətəndaşı idim. Mən də bu barədə Rusiyadakı dostlarımla əlaqə saxladım və bu işə başladıq. Əldə olunan gəliri yarı bölməli idik. Hadisə olan gün mən yenə Xalqlar Dostluğu metrosunun yaxınlığında fəhlə kimi dayanmışdım. O məni zəng edib öz evinə çağırdı. Evdə bir az spirtli içki qəbul etdik. Qəfildən məni təhqir etdi. Bundan sonra aramızda əlbəyaxa dava başladı. Yalvardım ki, məni buraxsın. O isə yenə məni döyməyə başladı. Məndən fiziki cəhətdən güclü idi. Məni yerə yıxıb vuranda əlimə şüşə külqabı gəldi və mən külqabı ilə başına bir neçə zərbə vurdum. Sonra o yerə yıxıldı və məni buraxdı. Bundan sonra əlimin qanını yudum və sonra onun əlini və ağzını yapışqanla bağlamışam".

Prosesdə qətlə yetirilən şəxsin atası Vahid Abbasov da ifadə verib. O bildirib ki, V. Rüstəmov soyğunçuluq məqsədilə qəsdən oğlunu qətlə yetirib: "Çünki evə hazırlıqlı gəlmişdi. Çantasına yapışqan, kəndir və beşbarmaq kimi tanınan dəmir var idi. Bu adam cinayəti tamah məqsədilə törədib. Məhkəmədən oğlumun qatilinə ən ağır cəza istəyirəm".

Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi ötən il yanvarın 7-də qeydə alınıb. Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti kirayədə yaşadığı Nizami rayonu R. Rüstəmov küçəsindəki mənzildə tapılıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin Lerik rayon sakini Vüqar Zülfü oğlu Rüstəmov olduğu müəyyən edilib və o, həbs edilib.

Qətlə yetirilən Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.

Tarix
2017.01.11 / 18:41
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Sabirabadda ağır qəza: 5 yaralı

Arnold Makronun xanımı ilə elə görüşdü ki... – Foto

Xalq artistinin vəziyyəti ağırdır: Ölə bilər

Aktyor Trampdan üzr istədi

Lənkəran silkələndi - Zəlzələ

Bakıda ambulans qəza törətdi - Foto

Mingəçevirdə kütləvi dava: Xəsarət alanlar var

Bakıda sürət qatarı qızı vurdu - Video

Bakıda universitetdə qəfil ölüm...

Bakı sakininə qarşı 20 minlik dələduzluq

KULT
<>
Xəbər xətti
 
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla