Yuxarı

Bakıda vətəndaşın aldığı kələm hamını şoka saldı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəkələrdə yayılan bir video insanların diqqətini cəlb edib. Belə ki, kələm alan bir şəxs onun hər yarpağının üzünün sellofan kimi soyulduğunu lentə alıb. Bu isə həmin kələmin süni olması məsələsini gündəmə gətirib.

Xəzər xəbər məlumat verir ki, kələmin yarpağının üzü sanki sellofan kimi soyulur. Yarpaqların üst hissəsinə əl vurduqca qabığı çıxır.

Sosial şəbəkələrdə yayılan bu video bir müddət əvvəl internetdə yayılan başqa bir videonu - süni kələm hazırlanmasını və bunun Azərbaycan bazarına yol tapması ehtimalını gündəmə gətirir.

Videodan da aydın görünür ki, başına bu hadisə gələn insanın özü bunun niyə və hansı səbəbdən baş verdiyini anlaya bilmir. Satıcılar isə kələmin yarpağının belə soyulmasının adi hal olduğunu bildirirlər.

Satıcıların sözlərinə görə, bu halın baş verməsi mövsümlə əlaqədar olur. Belə hallara daha çox soyuq havalarda rast gəlinir.

Mütəxəssislər də bildirir ki, havaların soyuq olması ilə bağlı sahələrdə qalan məhsulları şaxta vurur və nəticədə belə bir hal baş verir. Yəni bu kələmin istehlakında hec bir təhlükə yoxdur.

Elə alıcılar da belə bir halı normal hesab edirlər.

Süni kələmin ölkə bazarında satışına gəldikdə isə ümumiyyətlə keçən ilin 9 ayında 1143 min ton kələm idxal edilib. Amma süni kələm idxalı halına rast gəlinməyib.

Tarix
2017.01.12 / 23:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla